Dünya
Rusiya səfirlərinin şok dialoqu: “Krım hələ başlanğıcdır” (SƏSYAZISI)
İnternetdə Rusiyanın Malavi və Zimbabvedəki səfiri
Sergey Baxarev və Eritreyadakı səfiri İqor Çubarovun şok telefon
danışığı yayılıb.
ANS PRESS-in məlumatına görə, telefon danışığı BMT-də Ukrayna ilə
bağlı keçirilən iclasdan sonra baş tutub.
Telefon söhbəti zamanı İqor Çubarov Zimbabvenin BMT-dəki
nümayəndəsinin Ukrayna ilə bağlı məsələdə düzgün mövqe tutduğuna
görə Sergey Baxarevi təbrik edib. Baxarev isə Çubarovdan
Eritreyanın Ukrayna məsələsində niyə bitərəf qaldığını soruşub. Hər
iki səfir Eritreyanın belə mövqeyindən təəccübləndiyini deyib.
Bundan başqa İqor Çubarov səfiri olduğu ölkəsini Abxaziya və Cənubi
Osetiyanı tanımağa məcbur edəcəyinə söz verib.
Daha sonra Krımın Rusiyaya birləşdirilməsindən danışan səfirlər
bunun başlanğıc olduğunu deyiblər: “Sırada hələ başqa muxtar
bölgələr də var”.
Rusiyanın Xarici İşlər Nazirliyi sözügedən telefon danışığı ilə
bağlı açıqlama verməkdən imtina edib və səsyazısını “bəzi səslər,
titrlər, şəkillər olan video” adlandırıb.
-
Magazin104:44
Gülüstan Əliyevanın arxiv görüntüləri yayıldı - VİDEO
-
Avropa04:14
Sunak Netanyahu ilə DANIŞDI: "İran çox səhv hesablama aparıb"
-
Sosial01:11
Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO
-
Magazin100:45
Nigar Camaldan dərin sinə dekoltesi - FOTO
-
Cənubi Qafqaz00:30
Tbilisidə həbs dalğası başladı
-
Qoroskop00:15
Günün ULDUZ FALI: bu, bəd hadisələrə səbəb ola bilər
-
Sosial00:00
Həmcinsi ilə evlənən azərbaycanlı jurnalist DANIŞDI: "Utanmalıyam?" - FOTO
-
Yaxın Şərq16 Aprel 22:24
İsrail ölkə ərazisinə düşən raketlərin SAYINI AÇIQLADI