“The National Interest”: “Avropa Azərbaycan və Türkiyəyə əhəmiyyətli partnyor kimi baxır”
Bizi izləyin

Dünya

“The National Interest”: “Avropa Azərbaycan və Türkiyəyə əhəmiyyətli partnyor kimi baxır”

“The National Interest”: “Avropa Azərbaycan və Türkiyəyə əhəmiyyətli partnyor kimi baxır”

Avropanın Rusiya enerji daşıyışılarından asılılığın azaldılması Krım yarımadasının Rusiyaya birləşdirilməsindən sonra Qərbin qarşısında dayanan birinci dərəcəli məsələyə çevrilib. Bu məsələ ötən həftə Brüsseldə keçirilən ABŞ-Avropa İttifaqı Enerji Şurasının görüşündə də əsas müzakirə mövzusu olub. Qərb alternatin enerji mənbələrinin tapılmasına olan ehtiyacın hər keçən gün daha da artdığını başa düşür.

ABŞ-ın dövlət katibi Con Kerri görüşdə Azərbaycan qazının Türkiyəyə və daha sonra Avropaya daşıyan cənub dəhlizi planlarının da müzakirə olunduğunu bildirib. Kerri, “Biz hamımız əmin olmalıyıq ki, yeganə enerji mənbəyindən asılı deyilik. Hazırda bizim gündəlikdə Azərbaycandan Türkiyəyə keçən cənub dəhlizi üzərindən daha çox qazın alınmasını nəzərdən keçirməkdir. “Cənub Qaz Dəhlizi” ilə Türkiyəyə, oradan da Avropaya qaz nəql olunacaq. Azərbaycandan böyük həcmlərdə qazın ixracı yollarının axtarışı məsələsi gündəlikdə durur” – deyib.

Bundan başqa isə C.Kerri ABŞ-ınAvropaya 2015-ci ildən başlayaraq, qaz çatdıracağını söyləyib.

Publika.Az – ın verdiyi xəbərə görə, ABŞ-ın “The National Interest” qəzeti Avropanın Rusiyadan enerji asılılığının azaldılması məsələsinə toxunub.

Yazının müəllifi Vaşinqtonda yerləşən Yaxın Şərq İnstitutunun mütəxəssisi Aleks Vatankadır.

Ekspert Avropa İttifaqının təbii qaza olan tələbatının təxminən 30 faizinin Ruiya tərəfindən ödənildiyini və əsas ixrac marşrutunun Avropa ərazisindən keçdiyini bildirib. O, Avropa liderlərinin uzunmüddətli perspektivdə Rusiya qazının potensial itkisini kompensasiya etməyə imkan verən energetika strategiyaları üzərində çalışdığını qeyd edib. A.Vatanka hesab edir ki, bu baxımdan Avropa iki ölkəyə - Azərbaycan və Türkiyəyə energetika təhlükəsizliyi sahəsində əhəmiyyətli partnyor kimi baxır.

“Türkiyə xeyli vaxtdır ki, Xəzər və Yaxın Şərqdən Avropaya gedəcək neft-qaz ehtiyatlarının tranziti rolunda çıxış etmək istəyir. Xəzər sahilində yerləşən Azərbaycan dünyəvi və ABŞ meylli ölkədir. Ölkə böyük böyük karbohidrogen resurslarına malikdir. Onun yerləşdiyi coğrafiya dənizə birbaşa çıxışı olmayan Qazaxıstan və Türkmənistann zəngin neft-qaz ehtiyatlarını Avropaya nəql etməyə imkan verir. Türkiyə və Azərbaycanın ümumi maraqlarının ifadəsi olaraq artıq iki strateji əhəmiyyətli energetika layihəsi həyata keçirilib: Bakı-Tiflis-Ceyhan neft kəməri və Bakı-Tiflis-Ərzurum təbii qaz kəməri”, - ekspert qeyd edir.

A.Vatankanın sözlərinə görə, Avropanın enerji təhlükəsizliyinə yönəldilən strateji layihələr yalnız ABŞ və Avropa tərəfindən möhkəm dəstək verildiyi halda həyata keçirilə bilər:

“Avropalı liderlər bunu tamamilə anlayırlar. Böyük Britaniya xarici işlər naziri Uilyam Heyq Krımın Rusiya tərəfindən zəbt edilməsindən dərhal sonra vurğuladı ki, Türkiyə və Azərbaycan Avropanın gələcək planlarında mühüm rol oynayır. Nazir Avropanın təşəbbüsü olan “Cənub Qaz Dəhlizi”ni yada saldı. Hansı ki, bu layihə Xəzər qazının Avropaya çatdırılmasını asanlaşdırmalıdır. ABŞ Dövlət Administrasiyası hesab edir ki, Avropanın energetika təhlükəsizliyi Amerikanın milli maraqlarının predmetidir. ABŞ 1990-cı illərin ortalarından Avropaya uzanan qaz kəmərlərini diversifikasiya etməyə çalışırdı. Tiflis-Ceyhan neft kəməri və Bakı-Tiflis-Ərzurum təbii qaz kəməri bu strategiyanın hissəsi tərkib idi və onların inşasında Vaşinqtonun siyasi dəstəyi əhəmiyyətli rol oynadı. Ancaq ABŞ-ın dəstəyinə baxmayaraq, Xəzər regionundan Avropaya çatdırılan qazın həcmi Rusiya qazını əvəz edə bilmir. ABŞ Krım böhranını nəzərə alaraq Avropa üçün etibarlı enerji mənbələrinin sayını artırmağa çalışmalıdır”.

Ekspert qeyd edir ki, Vaşinqton bunun üçün Trans-Anadolu qaz kəməri layihəsini dəstəkləməlidir.

“Cənub Qaz Dəhlizi” yalnız Avropa istehlakçıları üçün əhəmiyyətli deyil. Bu layihə həm də Türkiyənin iqtisadi inkişafı və energetika təhlükəsizliyi üçün lazımdır. Türkiyə uzunmüddətli perspektivdə Rusiya və İran qazından asılılığını azaltmağa, Azərbaycandan alınan qazın həcmini artırmağa çalışır. Çünki Azərbaycan qazı Rusiya və İran qazından daha ucuzdur”, - amerikalı ekspert qeyd edir.

Onun sözlərinə görə, bu layihənin Azərbaycan üçün də nəticələr əhəmiyyətli olacaq:

“Cənub Qaz Dəhlizi” Türkiyə qaz bazarı üzərində Rusiyanın nəzarətini zəiflədəcək. Eyni zamanda layihə Azərbaycanın energetika gəlirlərini artacaq, bu isə iqtisadi inkişafa və iri həcmli investisiyalara imkan yaradacaq. Bundan başqa isə Azərbaycanın Gürcüstan, Türkiyə və Avropa İttifaqının ölkələri ilə siyasi və iqtisadi əlaqələri genişlənəcək. Amerikanın iştirakı bu məsələlərin həyata keçirilməsi prosesini sürətləndirə bilər. Rusiyanın Krımdakı hərəkətləri fonunda Avropanın enerji təchizatının diversifikasiyasına tələsmək, Türkiyə və Azərbaycan kimi müttəfiqlərə yardım etmək üçün ciddi əsaslar var”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm