Fransa prezidenti xəstəxanada yatan xanımına baş çəkdi
Bizi izləyin

Dünya

Fransa prezidenti xəstəxanada yatan xanımına baş çəkdi

Fransa mətbuatı bu haqda məlumat yayıb

Fransa prezidenti Fransua Olland xəstəxanada yatan arvadına baş çəkib.

Avropa.info Fransa mətbuatına istinadən xəbər verir ki, prezident Fransua Olland cümə axşamı gecə bir həftə bundan öncə xəstəxanada yatan vətəndaş nikahında olduğu arvadı, jurnalist Valeri Trierveyleri ziyarət edib.

Fransa mətbuatının yazdığına görə, Fransua Olland birinci xanımla nə telefon, nə də ki, sms-lə əlaqə saxlayıb. Olland birbaşa xəstəxanaya gəlib.

Qeyd edək ki, Fransanın birinci xanımı ərinin ona xəyanət etməsindən sonra dərman içərək xəstəxanaya düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm