Bill Klinton yadplanetlilərlə münasibətindən danışdı
Bizi izləyin

Dünya

Bill Klinton yadplanetlilərlə münasibətindən danışdı

Bill Klinton yadplanetlilərlə münasibətindən danışdı

ABŞ-ın keçmiş prezidenti Bill Klinton şouların birində iştirak edərək yadplanetlilərlə olan münasibətindən danışıb.

Klinton prezidentliyi dövründə bir neçə köməkçisi ilə Nevada ştatında yerləşən Zona 51 (Area 51) adlanan hərbi hissədə yadplanetlilərin olmadığına əmin olmaq üçün gəldiyini etiraf edib. Zona 51 çox sirli hərbi baza olduğu üçün ABŞ hakim orqanları belə onun mövcud olduğunu inkar edirlər. Sirli hərbi bazası ətrafında bir çox şayiələr mövcuddur və onlardan biri də, uçan naməlum obyektlər haqqındadır.

Klinton Nyu-Mexiko ştatında yerləşən Rozuell şəhərinin tarixi ilə də maraqlandığını etiraf edib. Bu şəhərə dünya şöhrətini 1947-ci ildə UNO qəzası gətirib. Keçmiş prezidentin sözlərinə görə o, “Rozuell insidenti” ilə bağlı sənədləri araşdırıb və dürüst informasiyaya malik olsaydı yadplanetlilərin varlığı haqqında ictimaiyyətə danışardı.

Bununla belə, Klinton yadplanetlilərin mövcud olduğuna tamamilə əmindir.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm