Nüvə müharibəsinə başlamaq üçün sınaq da keçiriblər - Qorxunc iddia
Bizi izləyin

Dünya

Nüvə müharibəsinə başlamaq üçün sınaq da keçiriblər - Qorxunc iddia

Nüvə müharibəsinə başlamaq üçün sınaq da keçiriblər - Qorxunc iddia

Ukrayna böhranı və Krım yarımadasının Rusiayaya birləşməsinə görə Moskva və Vaşintoqn arasında münasibətlər hər keçən gün daha ga gərginləşir.

Publika.Az–ın xarici mətbuata istinadən verdiyi məlumata görə, hər iki ölkə nüvə müharibəsi ehtimalını nəzərə alaraq müvafiq hərbi təlimlər keçirib.

Bundan başqa XXI əsrin ən ciddi qarşıdurmasında kosmosda yerləşdirilən elektronik silahlardan da istifadə edilməsinə başlanıldığı iddia olunur. Hərbi sahədə narahatlıq doğuran proselərin getdiyini yazan Rusiyadakı RBK xəbər agentliyi ABŞ-ın Qara dənizə “Donald Cook” adlı yeni bir hərbi gəmini göndərdiyini yazıb. “Bu sadə bir hərbi gəmi deyil. Onun üzərində orta mənzilli nüvə başlığı daşıyan “Tomahavk” taktiki raketləri ilə yanaşı raketdən müdafiə sistemi də var. Belə bir imkanları olan hərbi gəminin Qara dənizdə nə işi var”, - xəbər agentliyi yazır.

Rusiyanın “Russia Today” televiziya kanalı isə ölkəsinin hərbi təlimləri barədə maraqlı bir xəbər yayıb. Xəbərə görə, Rusiya Cənub hərbi dairəsinin zirehli hərbi birlikləri 2 Aprel tarixindən başlayaraq Ukraynanın 300 kilometr məsafəsində yerləşən Volqoqradda peykdən dəstəklənən atəş təlimləri həyata keçirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm