Merkel Putini yeni sanksiyalarla hədələdi
Bizi izləyin

Dünya

Merkel Putini yeni sanksiyalarla hədələdi

Almaniya kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putini Ukrayna ilə konflikti daha da dərinləşdirəcəyi təqdirdə yeni sanksiyalarla

Almaniya kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putini Ukrayna ilə konflikti daha da dərinləşdirəcəyi təqdirdə yeni sanksiyalarla hədələyib. Musavat.com-un Ukrayna qaynağına istinadən verdiyi məlumata görə, Merkel deyib: “Əgər Ukraynanın ərazi bütövlüyünə bundan sonra da qəsd olarsa, onda biz iqtisadi sanksiyalar tətbiq eləməli olacağıq. Heç kimin buna şübhəsi olmasın”.

Kanslerin sözlərinə görə, kimsə Rusiyaya cavab verilməsi məsələsində Avropa Birliyi daxilində konsensusla bağlı özünü aldatmasın. Merkel öz fikrinə “Avropada heç kim Moskva ilə dialoqu kəsmək istəmir”,- sözlərini də əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm