Dünya
Yaponiya ilə Rusiya arasında hava toqquşması
Takesima və Oki adalarının arasında sualtı qayıq əleyhinə 2 rus İl-38 təyyarəsi aşkarlanıb
Bu gün Yaponiya hərbi hava qüvvələrinin qırıcıları hava sərhədlərinə yaxınlaşan Rusiya təyyarələrini tutmaq üçün göyə qalxıblar.
ANS PRESS-in məlumatına görə, Yaponiya müdafiə nazirliyi bildirib ki, ruslar ölkələrinin hava sərhədlərinə Yapon dənizi tərəfdən yaxınlaşıblar.
Nazirliyin məlumatına görə, Takesima və Oki adalarının arasında sualtı qayıq əleyhinə 2 rus İl-38 təyyarəsi aşkarlanıb. Onlar oradan Koreya yarımadasının şərq tərəfinə yönəliblər. Daha sonra yapon arxipelaqının qərb sahilləri boyunca uçublar. Yaponiyanın hava sərhədlərinin pozulması qeydə alınmayıb.
Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, Şimali Koreya tərəfindən Yapon dənizinin bu sahəsinə “Nodon” tipli iki ballistik raket buraxılan gündən, yəni martın 26-dan bu yana Rusiya təyyarələri bu marşrutla artıq yeddi uçuş həyata keçiriblər.
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO