İranda sosial narazılıqlar: İnqilab, yoxsa zəif etiraz?
Bizi izləyin

Dünya

İranda sosial narazılıqlar: İnqilab, yoxsa zəif etiraz?

İranda qıymət artımı narazılıq doğura bilərmi?

Benzin doldurma stansiyaları

İranda yeni hökumətlə bal ayı başa çatıb. Novruz bayramı tətillərindən geri qayıdan iranlılar kommunal xidmət qiymətlərinin 24 faizə yaxın artdığını görüblər.Publika.Az xəbər verir ki, bu barədə BBC-nin fars xidmətinin hazırladığı məqalədə deyilir.

Qeyd edilir ki,bununla yanaşı yanacağa da qiymət artımı gözlənilir. Bu adətən narazılıq və inflasiyaya təkan verir.Nağd pula ehtiyacı olan prezident Həsən Ruhaninin enerji və yanacağa subsidiyaları kəsməkdən başqa seçimi qalmır.

"Əzilmiş meyvənin suyunu sıxmaq kimi bir şeydir. Maddi vəziyyətim son dərəcə pisləşib", - Tehran sakini Qulamrza kommunal xidmətlər və benzin qiymətinin 20 faiz artması ilə bağlı telefon söhbətində bildirib.

İranda martın 20-də Yeni ilin gəlişi ilə qiymətlər də artıb. Elektrik enerjisi 24, su təchizatı isə 20 faiz bahalaşıb.

Yalnız adı ilə xitab olunmasını istəyən Qulamrza Tehranın cənubundakı dindar məhəllənin sakinidir. O, benzinin bahalaşacağından narahatlıqla danışır. "Nəqliyyat qiymətləri qalxsa, mən yalnız avtobusla gedib-gəlməli olacam”, paytaxtın şimalındakı ofis binalarının birində xidmətçi işləyən Qulamrza deyir.

İqtisadi islahatlara başlayan İran hökuməti yanacaq və enerjiyə tətbiq edilən böyük subsidiyaları kəsməyə başlayıb.İldə təqribən 60 milyard dollar təşkil edən subsidiyalar nəticəsində benzin qiyməti mineral sudan ucuz olub.

Avqust ayında hakimiyyət başına gələn H.Ruhani hökuməti 40 faizə çatan infyasiyanı cilovlamaq üçün subsidiyalar siyasətini dayandırıb.Hökumət benzini bahalaşdırmaqla onun istehlakınıın azalmasına nail olmaq istəyir.Ölkə parlamenti su və enerji təchizatı kimi xidmətlərə qiymətlərin 40 faizədək artımını nəzərdə tutan hökumət planlarını dəstəkləyib.

İranda hökumət su, qaz, elektrik enerjisi və əksər yanacaq təchizatına nəzarət edir.

İlk dəfə subsidiyaları kəsən prezident Mahmud Əhmədinejad qiymət artımı nəticəsində əldə olunmuş gəliri nağd pul payı şəklində bütün əhali arasında bölüşdürüb.Lakin qanun bu kimi gəlirin yarısının ictimai nəqliyyat, səhiyyə sektoru və istehsalatda enerji səmərəliyinin artmasına yönəldilməsini tələb edir.

Vəsaitin ikinci hissəsi xərcləri qarşılamağa yardım kimi aşağı gəlirli ailələrə ayrılmalıdır.Lakin aşağı gəlirli ailələri müəyyən etmək üçün statistik məlumat olmadığına görə cənab Əhmədinejad hamıya maliyyə payı ayırmaq qərarını verdi.İranın birinci vitse-prezidenti Eşaq Cahangiri bildirir ki, hər ay 455,000 riallıq ($15) işsizlik yardımına müraciət edənlərin sayı 75 milyon təşkil edən İran əhalisinin sayından artıqdır.

Cənab Ruhaninin müavini yüksək gəlirli ailələrə ödənişləri dayandıracağını deyib.

Hökumət Qulamrzanın 5 adamlıq ailəsinə hər ay 75 dollar pul ayrırır. Bu onun aylıq qazandığı pulun dörddə birinə bərabərdir."Ümid edirəm ki, bunu almaqda davam edəcəm. Olmayan yerdə bu da bir puldur”.Lakin İran büdcəsi subsidiyalara artıq tab gətirə bilmir.

Cənab Cahangirinin sözlərinə əsasən son 3 il ərzində 33 milyard dollar həcmində subsidiyaları kəsən hökumət 43 milyarda yaxın nağd pul ödənişləri ayrıb.

İran subsidiyalar islahatlarına “böyük cərrahiyə əməliyyatı” adını verib.Beynəlxalq Valyuta Fondu kommunal xidmət sahəsində qiymət artımını alqışlayıb.İqtisadiyyatçılar islahatları dəstəkləsə də, onların həyata keçirilməsi yolunu tənqid edirlər. Masaçüsetsdəki, Brandeis Universitetinin iqtisadçısı Nader Habibi hesab edir ki, rialın qiymətdən düşməsi nəticəsində xidmətlərin həqiqi dəyəri artıb.

"Xidmətlərin real qiyməti azalıb və bunun nəticəsi olaraq hökumətin qiymət subsidiyalarının dəyəri kəskin sürətdə artıb, - Habibi belə deyib. - Hökumət böyük büdcə kəsirilə üzləşir. Beləliklə, xidmətlərə qiymətin uyğunlaşdırılması qaçılmaz idi”.

3 il bundan əvvəl 10,000 İran rialına 1 dollar düşürdü. Hazırda bir dollar 30,000 riala bərabərdir.İrandakı yanacaq doldurma stansiyalarında benzinin qiyməti cəmi 30 sentdir. Bu, bölgə ölkələrindəki qiymətin üçdə birini təşkil edir.Hökumət bildirir ki, qiymətlərin artımı yanacağın qaçaqmalçılıq yolu ölkədən çıxarılmasını önləyə və daxili istehlakı azalda bilər.İran parlamentinin araşdırma mərkəzinə əsasən, bu il subsidiyalar qənaətinə nail olmaq üçün hökumət benzin qiymətini az qala ikiqat artırmalı olacaq.

"Ruhani bunu etsə, mən ona gələn dəfə səs verməyəcəm”, Qulamarza deyir.

Aydəmir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm