“Müsəlmanları öldürmək istəyirik” - ŞOK ETİRAF
Bizi izləyin

Dünya

“Müsəlmanları öldürmək istəyirik” - ŞOK ETİRAF

“Müsəlmanları öldürmək istəyirik”

Myanmada müsəlmanların yaşadığı kəndə buddist qruplar tərəfindən hücum olub.

ANS PRESS-in xəbərinə görə, Myanmaın ən böyük şəhəri olan Yanqonda buddist qruplar müsəlmanların kompakt yaşadığı kəndlərdən birində evlərə hücum ediblər.

Yanqonun 40 kilometr şimalında yerləşən Hilequ kəndinin sakinlərinə daşla və çubuqlarla hücum edən 100 nəfərlik buddist qrup Myanma polisinin müdaxiləsi ilə uzaqlaşdırılıb. Təhlükəsizlik qüvvələri idarəsi bölgəyə nəzarət etmək üçün kəndlilərə küçəyə çıxmamağı tapşırıb.

Kənd sakini Sann Aunq çıxan hadisə zamanı müsəlmanlara aid iki evin buddist qrup tərəfindən hücuma məruz qaldığını, qrupdakıların isə "Müsəlmanları öldürmək istəyirik" deyə qışqırdığını bildirib.

Ölkənin şimalında başlanan müsəlmanlara qarşı hücumlar daha sonra ölkənin bir çox yerlərində də özünü göstərir.

Qeyd edək ki, Myanmada 2011-ci ildən bəri buddistlərin həyata keçirdiyi hücumlarda minlərlə müsəlman həyatını itirib, on minlərlə müsəlman isə yaşadıqları torpaqları tərk etmək məcburiyyətində qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm