Nyu-Yorkda yastıq döyüşü (VİDEO)
Bizi izləyin

Dünya

Nyu-Yorkda yastıq döyüşü (VİDEO)

Nyu-Yorkda keçirilən ənənəvi aksiyada 5000-dən çox adam iştirak edib.

Nyu-Yorkda keçirilən ənənəvi aksiyada 5000-dən çox adam iştirak edib.

Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində hər il aprel ayının 5-də keçirilən ənənəvi "Beynəlxalq yastıq döyüşü günü" keçirilib. Aksiya iştirakçıları əllərində yastıq şəhərin Vaşinqton meydanında toplanıblar.

Nyu York polisinin geniş təhlükəsizlik tədbirləri aldığı aksiyada meydana toplaşan şəxslər bir-birlərini yastıqla döyərək əyləniblər. Yastıqların cırılması, lələklərin ətrafa dağılması meydanda maraqlı görüntülər yaradıb.

Təxminən 2 saat davam edən "döyüş"də adam çoxluğundan halı pisləşərək, huşunu itirənlər də olub.

Qeyd edək ki, aksiya ABŞ-la yanaşı, dünyanın bir sıra ölkələrində də qeyd olunub.

Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm