Rusiyanın daha bir "Krımı" -Video
Bizi izləyin

Dünya

Rusiyanın daha bir "Krımı" -Video

Rusiyanın daha bir "Krımı" (VİDEO)

Aprelin 6-da Rusiyanın Uzaq Şərqindəki Xabarovsk vilayətinin də Rusiyaya “birləşdirilməsi” ilə bağlı aksiya keçirilib. Publika.Az Azadlıq radiosu"na istinadən xəbər verir ki, şəhər rəhbərliyi ilə razılşadırılmış mitinq Xabarovskdakı mərkəzi meydanlardan birində keçirilib.

Aksiya iştirakçılarının əlində “Rusiya tərkibindəki Xabarovsk uğrunda” , «Moskva mənim paytaxtımdır», «Xabarovsk –Uzaq Şərqin Krımı”», «Rusiyada yaxşıdır, bəs Xabarovskda?» şüarlarının yazıldığı plakatlar olub.

Mitinqin məqsədi diqqəti Rusiyanın regionlarında real vəziyyətə yönəltmək olub.«Krımla bağlı deyilir ki, Rusiyada həyat şəraiti çox yüksəkdir, amma bizim vilayətə baxmaq lazımdır, biz tamamilə başqa mənzərəni görürük. Bu səbəbdən də biz Xabarovsk vilayətinin xoşbəxt və sabit inkişaf edən Rusiyaya birləşdirilməsini istəyirik” deyə mitinq təşkilatçılarından biri olan “Birləşmiş Kommunist Partiyası”nın nümayəndəsi olan Vladimir Avramçuk‎ bildirib.

Çıxışçılardan biri isə vilayət sakinlərini «Rusiya əhalisinin parçalanmaya getdiyi barədə təbliğatları dayandırmamağa” və birlikdə Putinə, onun yalan siyasətinə qarşı mübarizə aparmağa çağırıb.

Rusiyanın Kirov şəhərində də sosial vəziyyətin ağırlığı ilə bağlı etiraz aksiyası keçirilib. 200 nəfərin iştirak etdiyi mitinqdə etirazçılar kommunal xidmətlərin bahalaşmasının dayandırılmasını, pulsuz təhsil və səhiyyəyə keçilməsini tələb ediblər.

Mitinqdə Moskva vilayətindən, Omskdan, Tümendən və Rusiyanın müxtəlif regionlarından olan nümayəndələr iştirak edib.

Aydəmir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm