Qaçqınlar polislə toqquşdu: Ölən və yaralananlar var
Bizi izləyin

Dünya

Qaçqınlar polislə toqquşdu: Ölən və yaralananlar var

Qaçqınlar polislə toqquşdu: Ölən və yaralananlar var -Son dəqiqə

Publika.Az BBC-yə istinadən xəbər verir ki, İordaniayda məskunlaşan suriyalı qaçqınlara polis arasında toqquşma olub. İordaniyanın şimalında Zaatari çadır şəhərciyində suriyalı qaçqınlarla toqquşmada yaralanmış 22 İordaniyalı polis əməkdaşı xəstəxanaya çatdırılıb.

Düşərgədə baş vermiş toqquşmada eləcədə 3 qaçqının yaralnadığı bildirilir.Lakin baş verən hadisənin şahidləri çadır şəhərciyi sakinləri arasında yaralananların sayının xeyli çox olduğunu iddia edirlər.

Şahidlər suriyalı qaçqınlardan birinin həlak olduğunu da bildirirblər, İordaniya rəsmiləri bu məlumatı təsdiqləyib.Suriyalı qaçqınların polisi daşa tutduğu, bir neçə çadır və avtomobilə od vurduqları xəbər verilir.

Buna cavab olaraq təhlükəsizlik qüvvələrinin gözyaşardıcı qazdan istifadə etdikləri deyilir.Rəsmilərin sözlərinə göprə, iğtişaşlar bir qrup qaçqın düşərgəni tərk etməyə cəhd göstərərkən başlayıb.Qaçqınların özü isə toquşmanın avtomobildə hərəkət edən İordaniyalı polisin suriyalı uşağı vurduqdan sonra başladığını deyir.

Aydəmir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm