• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Ukraynada yenidən ara qarışdı, ölkə parçalanır

  • Dünya
  • 6 Aprel 2014 23:29
  • 2 234 Baxış
Ukraynada yenidən ara qarışdı, ölkə parçalanır

Rusiyameylli qüvvələr Donetski tutdu, Luqansk və Xarkovda da hücum başlayıb

Bu gün Ukraynanın şərq regionlarında Rusiyaya birləşmək tələbi ilə keçirilən növbəti mitinqlər yerli hakimiyyət orqanlarının binalarının ələ keçirilməsi ilə nəticələnib.

Donetks şəhərində Rusiya tərəfdarları yerli administrasiyası binasına hücum edərək tutublar və binanın üzərində Rusiya bayrağı qaldırıblar.

Xəbər verilir ki, binaya hücum edənlər idmançı paltarında maskalı şəxslər olub, onlar milis kordonunu yararaq binaya daxil olublar. Binanı ələ keçirənlər deputatların “xalq qurultayını” çağırmaq niyyətlərini bildiriblər və hakimiyyəti ələ keçirdiklərini elan ediblər.

Rusiya ilə həmsərhəd Luqansk vilayətinin mərkəzində isə Təhlükəsizlik Xidmətinin yerli idarəsinin binası ələ keçirilib. Xarkovda isə “Avromaydan” tərəfdarları ilə Rusiya tərəfdarları arasında ciddi toqquşmalar gedir. Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov yaranmış vəziyyətlə bağlı Litvaya səfərini təxirə salıb. Turçinovun güc strukturlarının rəhbərlərini təcili toplantıya çağırdığı bildirilir.

Xəbərlərə görə, Donetskin mərkəzi Lenin meydanında 2 mindən çox adam toplaşıb və onlar əvvəlcə “Berkut” xüsusi təyinatlılarına qarşı təqiblərə etiraz ediblər. Mitinq iştirakçıları əllərində Rusiya bayraqları, Georgiyevks lentləri, habelə rusiyameylli təşkilatların bayraqlarını tutublar.

Daha sonra kütlə regional administrasiya binasına doğru irəliləyib. Milis kordonunu yaran mitinqçilər binaya daxil olublar. Milislə toqquşmada mitinqçilər onlara butulka və daş atıblar, binanın şüşələri sındırılıb.

Son məlumatlara görə Donetksdə administrasiya binasını tutanlar müstəqil hakimiyyət formalaşdıracaqlarını bildirirlər. Binanın işçərisində idmançı görkəmli 200-dən çox şəxs var. Onlar səsgücləndiricilərlə tərəfdarlarına müraciət edərək dəstək istəyiblər. Binanı ələ keçirənlər üçün içəriyə xeyli ərzaq daşınıb.

Luqanskda təhlükəsizlik xidmətinin idarəsinin ələ keçirilməsi zamanı bir qadının başı yarılıb, binanın qapı və pəncərələri sındırılıb. Xarkovda “Avromaydan” tərəfdarlarından da onlarla adam xəsarət alıb. Milis “Avromaydan”çıları Rusiya tərəfdarlarının əllərindən ala bilib, əksəriyyəti “Sağ sektor” hərəkatının üzvləri olan “Avromaydan”çılar onlar üçün ayrılmış “rüsvayçı dəhliz”lə meydandan çəkiliblər. (virtualaz.org)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR