Anadolu Agentliyi 94 yaşını qeyd edir - VIDEO
Bizi izləyin

Dünya

Anadolu Agentliyi 94 yaşını qeyd edir - VIDEO

Türkiyənin ən böyük, dünyanın isə önəmli agentlikləri arasında olan Anadolu Agentliyi ("Anadolu Ajansı") yüzillik hədəfləri çərçivəsində həyata keçirdiyi tədbirlər nəticəsində artıq dünyanın 65 ölkəsində öz fəaliyyətini qurmağa nail olub.

Türkiyənin ən böyük, dünyanın isə önəmli agentlikləri arasında olan Anadolu Agentliyi ("Anadolu Ajansı") yüzillik hədəfləri çərçivəsində həyata keçirdiyi tədbirlər nəticəsində artıq dünyanın 65 ölkəsində öz fəaliyyətini qurmağa nail olub.

Teleqraf.com-un xəbərinə görə, agentlik hər gün abonentlərinə 850 xəbər, 1500 foto və 300 video çatdırır.

Türkiyənin Qurtuluş Müharibəsinin ilk illərində Anadolunun səsini dünyaya çatdırmaq məqsədiylə qurulan agentlik fəaliyyətinin 94-cü ilində dünyanın ən nüfuzlu beş agentliyindən biri olmaq yolunda əmin adımlarla irəliləyir.

Qurtuluş mücadiləsi zamanı üzərinə mühim vəzifə götürən və Türkiyə Cümhuriyyəti tarixində xüsusi yeri olan Anadolu agentliyi qonşu ölkənin azadlıq mübarizəsini həm ölkə içinə, həm də dünyaya çatdırdığı üçün haqlı bir qürur yaşayır.

Bu gün yüzillik hədəfləri çərçivəsində dünyanın ən nüfuzlu beş agentliyi sırasına daxil olmağı qarşısına məqsəd qoyan AA, 65 ölkədəki əməkdaşları vasitəsiylə hər gün 850 xəbər, 1500 foto və 300 video xəbər hazırlayır.

Türkçədən başa agentlik ingiliz, ərəb, bosniya, xorvat, serb, rus və kürd dillərində xəbər yayır. AA 94 illik yubileyi tamam olan gündən - aprelin 6-dan başlayaraq fransızca da xəbər yaymağa başlayacaq.

6 aprel 1920-də quruldu

Qeyd edək ki, Anadolu Agentliyi Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün təlimatıyla 1920-ci ilin 6 aprel tarixində yaradılıb. Agentliyin adı da məhşur Türk yazıçısı Xalidə Ədib Adıvar, jurnalist Yunis Nadi və Atatürk tərəfindən ortaq qərarla verilib.

AA-nın yayım prinsipləri

AA xəbər bülletenlərini hazırlayarkən, həmişə - keçmişdə də, bu gün də yayım prinsiplərinə sadiq alıb.

Qurtuluş Müharibəsi zamanı milli birliyi təhlükə altına salan təxribat və və yalanlardan xalqı xəbərdar etməklə, milli mübarizənin azadlıqla nəticələnməsi için alınan qərarları vaxtında xalqa çatdırmaqla işə başlayan AA Türkiyə Böyük Millət Məclisinin qərarlarını da vaxtı-vaxtında yayımlayaraq, xalqla hökümət arasında bütövləşmənin yaranmasında böyük rol oynayıb.

94 ildir dayanmadan xəbər sahəsində çalışan AA “Güvənilir, tərəfsiz, etika qaydalarına riayət edən və sürətli” xəbər anlayışıyla 100 yaşına doğru irəliləməkdədir. Ana hədəf dünyanın ən nüfuzlu 5 agentliyindən biri olmaqdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm