Ukraynanın Donetsk vilayəti müstəqilliyini elan etdi - Yenilənir (Foto, Video)
Bizi izləyin

Dünya

Ukraynanın Donetsk vilayəti müstəqilliyini elan etdi - Yenilənir (Foto, Video)

Bunu Xarkov vil ayət administrasiyasını ələ keçirən rusiyayönlü fəallar bildiriblər. Onların sözlərinə görə, Yanukoviç artıq Donetskdə təyyarədən enib.

Publik.Az xəbər verir ki, Donetskə Ukraynanın federlallaşmasının tərəfadarları inzibati binaları ələ keçirərək suveren dövlətin - Donetsk Xalq Respublikasının müstəqilliyini elan ediblər.

Nümayişçilər həmçinin elan ediblər ki, Rusiya prezidenti Putindən xahiş edirlər ki, “müvəqqəti sülhümühafizə qüvvələri göndərsin”.

Bütün bunlar meydana toplaşan bir neçə min nümayişçi qarşısında elan olunub.O da bildirilir ki, bütün bu qərarlarla bağlı mayın 11-də Donetskdə referendum keçiriləcək.

Bu arada Xarkov regional administrasiyasının binası rusiyapərəst fəallardan tamamilə azad edilib. Publika.Az xəbər verir ki, Ukraynanın xarici işlər naziri Arsen Avakov "Feysbuk" səhifəsində yazıb."Bina separatçılardan tamamilə azad edilib. İş prosesi başlayıb. Kömək edənlərə təşəkkürlər", Avakov yazıb.

Şərqi Ukraynada baş verən son hadisələrlə bağlı prezident vəzifəsini icra edən Aleksandr Turçinov Litva səfərini təxirə salıb və hüquq-mühafizə orqanları rəhbərlərini təcili yığıncağa çağırıb.

Bazar günü Rusiyaya meylli fəallardan ibarət izdiham Ukraynanın şərqində Donetsk, Xarkov və Luqansk şəhərlərində hökumət binalarını ələ keçirib. Onlar bu rusdilli regionların statusu üzrə referendum keçirməyi tələb edirlər.Xarkovda inzibati binanın önündə toplaşan və binanın üzərində Rusiya bayrağını ucaldan təxminən 2 000 nəfərədək izdiham qarşısında hüquq mühafizə qüvvələri geri çəkilməyə məcbur olmuşdu.

Daha əvvəl Xarkovda Ukraynanın rusdilli şərq bölgələrinə geniş muxtariyyət verilməsi üzrə referendum keçirilməsini tələb edən Rusiyaya meylli fəallarla vahid ölkə tərəfdarları arasında toqquşmalar baş verib.Donetsk, Xarkov və Luqansk hadisələri ilə bağlı Ukrayna prezidenti vəzifəsini icra edən Aleksandr Turçinov Litvaya nəzərdə tutulan səfərini təxirə salıb, daxili işlər naziri Arsen Avakov isə iğtişaşların təşkil edlməsində Rusiya prezidenti Vladimir Putini və Rusiyada sığınan Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçi təqsirləndirib.

"Az adam toplayıblar, lakin aqressivlik həddini aşır, - Arsen Avakov öz Facebook səhifəsində yazıb. - Həm separatçılara, həm də iğtişaşlara NƏ BAHASINA OLURSA OLSUN son qoymağı tələb edən dəliqanlılara cavab verirəm. Vəziyyət QANSIZ nəzarət altına qaytarılacaq. Asayiş mühafizəçilərinə belə əmr verilib".

Ötən həftəsonu Ukrayna baş nazirinin birinci müavini Vitali Yarema son iki ay ərzində ölkənin müxtəlif şəhərlərində 320-yə qədər separatçı aksiyalar keçirildiyini və onlarda təxminən 242 000 adam iştirak etdiyini bildirib.Onun sözlərinə görə, bu kimi aksiyaları şəxsən, kənar edilmiş prezident Viktor Yanukoviç özü ilə Rusiyaya apardığı vəsaitlərdən maliyyələşdirir.

Bununla belə Yarema Ukrayna Təhlükəsizlik Xidməti (UTX) və Daxili İşlər Nazirliyi tərəfindən separatçılıq ittihamı ilə araşdırılan 75 cinayət işi üzrə 15 nəfərin həbs olunduğunu bildirib.

donetsk

Bazar günü Donetskdə 2 000 nəfər administrasiya binası önündə toplaşıb, aqressiv əhval-ruhiyyəli gənclər isə şüşə qapılara daş atmağa başlayıblar.Mitinq iştirakçıları giriş qapısında dayanan daxili qoşunların döyüşçülərinə hücum edib, bir neçə canlı sipər yarılıb və qapını açmağa cəhd ediblər. Bundan sonra dəmir barmaqlıqları qırıb binaya daxil olublar. Başqa bir etirazçı dəstəsi isə daxili həyətə müdaxilə edib(BBC).

Müdaxilə edənlər Rusiya bayraqlarını yelləyərək ikinci mərtəbənin balkonuna çıxıb. Fəalların əksəriyyəti üzlərini maska arxasında və ya başlıqlarla gizlədirlər.

Onlar, həmçinin binanın önünə “Donetsk Respublikası” yazılı lövhə vurublar.“Bu, bizim son döyüşümüzdür. Axıracan dayanacaq və 9 mayı bizim qələbəmizin günü edəcəyik. Polis UTX, Taruta (vilayət administrasiyasının başçısı – red.) gəlsin... Onlar kimdir, Vilayət Şurasının deputatları? Bizim üçün referendum etsinlər”, - natiqlərdən biri deyib.

Binanı tutanlar Vilayət Şurası deputatlarının toplaşıb vilayətin statusu üzrə referendumun tarixini təyin etməyi tələb edirlər. Bundan başqa, onlar daha əvvəl həbs olunmuş Rusiya meylli aksiyaların liderlərini, eləcə də özünü “xalq qubernatoru” elan etmiş Pavel Qubaryovun azadlığa buraxılmasını tələb edirlər.

Polis mitinq iştirakçılarına mərkəzi girişdən binaya daxil olub çıxmağa mane olmur. Güc strukturu əməkdaşlarının bir hissəsi binanın içindədir. Binanın əhatəsində bir neçə tam təchiz olunmuş daxili qoşun döyüşçüləri gözə dəyir.

donetsk

Vilayət prokurorluğu şəhərdə kütləvi iğtişaşlar faktı üzrə hüquq-mühafizə orqanları tərəfindən istintaq başladığını bildirib. İstintaq-əməliyyat qrupu yaradılıb, hadisələrin ən fəal iştirakçıları və təşəbbüsçüləri müəyyən edilir; onların hərəkətlərinə müvafiq qiymət veriləcək, idarənin mətbuat xidmətinin məlumatında deyilir.

Lugansk

Luqanskda Rusiyanın lehinə mitinq zamanı etirazçılar Ukrayna Təhlükəsizlik Şurası Vilayət İdarəsinin binasına müdaxilə ediblər.Günortadan sonraya olan məlumata görə, binanın qarşısında 3 minədək adam toplaşıb, şəhərin mərkəzi istiqamətində yol tamam bağlanıb.

Taras Şevçenkonun heykəli yanından hərəkət edən cərgələrin ön sıralarında əllərində Hava Desant Qoşunları bayraqlarını tutan kamuflyaj geyimli dəstələrin addımladığı bildirilir. İzdiham: “Fəallara azadlıq”, “Xalq xainləri”, “Qab dibi yalayanlar”, “UTX-MKİ” kimi şüarlar səsləndirib.

Fəallar Luqansk vilayətində separatçılığa görə tutulanların siyahısını hazırlayıb və onların dərhal buraxılmasını tələb edib. Onlar binanın girişini yumurta, plastik butulka, daş atəşinə basıb, milis cərgəsini yarıb binaya daxil olub.

Binanın pəncərələrindən şlanqlardan izdihamın üstünə su tökülməyə başlayıb, gözyaşardıcı qaz sıxılıb. Atəşə bənzər səslər eşidildiyi, tüstü şaşkaları atıldığı və UTX pəncərələrindən güclü tüstü çıxdığı bildirilir.

Yerli informasiya vasitələri iki nəfərin yaralandığını bildirir.Saat 16:00-da danışıqlar aparmaq üçün Luqansk vilayət administrasiyasının başçısı Mixail Bolotskix və vilayət DİN Baş İdarəsinin rəisi Vladimir Quslavski UTX binasının yanına gediblər.

Kharkiv

Xarkovda bazar günü Avromaydan və Antimaydan fəalları arasında toqquşmalarla nəticələnmiş bir neçə mitinq olub.Min nəfərdən çox federallaşma tərəfdarı Azadlıq meydanında toplaşıb, 300-ə qədər adam isə Şevçenkonun heykəli yanında müharibə əleyhinə və birlik naminə mitinq keçiriblər.

Vahid Ukrayna tərəfdarları rok-konsert dinləyib və əllərində milli bayraqlar, “Separatçılığa - yox”, “Putin, Şərqə kömək etmək istəyirsənsə, Qazın qiymətlərini qaytar”, “Ukrayna vahiddir” və başqa şüarlar tutub.

Sonradan Şevçenko adına teatrın yaxınlığında Rusiyaya meylli mitinq iştirakçıları ilə, “Pravıy sektor” adlanan qrupun fəalları arasında əlbə-yaxa düşüb.İnterfaks-Ukrayna agentliyinin məlumatına görə, fişəng və partlayıcı paketlər işə salınıb. Milis onları əhatəyə alaraq Avromaydan fəallarını çıxarmağa çalışıb, lakin Rusiyaya meylli mitinqçilər milis əməkdaşlarını təcrid edib.

Toplaşanlar bir neçə, əsaslı ya əsassız, “Pravıy sektor” fəalları hesab etdiyi adamları dizləri üstə sürünə-sürünə enişlə aşağı düşməyə məcbur edib.

04.25

“Bir qrup adam aprelin 10-a silahlı çevriliş həyata keçirməyi planlaşdırırdı. Qrupun üzvləri odlu silah və partlayıcılardan istifadə edərək dinc əhalini qorxutmaq və Luqansk vilayətində hakimiyyəti zorla ələ keçirməyi nəzərdə tuturduıar”.

Publika.Az Azadlıq radiosuna istinadən xəbər verir ki, bu haqda aprelin 5-də bəyanat yayan Ukrayna Təhlükəsizlik Xidməti (SBU) iddia edir ki, həyata keçirilən əməliyyatlar zamanı 300 avtomat, tankvuran silahlar, çoxlu əl qumbaraları və benzin bombaları müsadirə olunub.

Əlavə detallar açıqlanmır, lakin bu xəbər Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) terrorda şübhəli bilinən 25 ukraynalının həbsi haqda yayılan məlumatlara təsadüf.

Krım vilayətinin ilhaqından sonra gərginləşən Ukrayna – Rusiya münasibətləri soyuq müharibə həddinə çatıb. Tərəflər gündəlik olaraq bir-birini ittiham edirlər.

Krım ilhaq olunandan sonra Ukraynanın şərq bölgələrininin də Rusiyaya qatılması təhlükəsi var idi. Donetsk, Luqansk və Xarkov bölgələrdində Rsuiyapərəst qüvvələr kütləvi aksiyalar keçirərək separatçı şüarlar səsləndirir, yerli hakimiyyət orqanlarına hücum edir.

Ukrayna rəsmiləri bu nümayişlərin Rusiya tərəfindən təşkil olunduğunu iddia edir. Rusiya öz növbəsində Krımdan başqa digər regionalrın Rusiyaya birləşdirilməsi planlarını inkar etsə də, orada yaşayan rusların hüquqlarının müdafiə olunacağını bildirir.

00.02

Bunu Xarkov vilayət administrasiyasını ələ keçirən rusiyayönlü fəallar bildiriblər. Onların sözlərinə görə, Yanukoviç artıq Donetskdə təyyarədən enib.

Krım ilhaq olunandan sonra Ukraynanın şərq bölgələrininin də Rusiyaya qatılması təhlükəsi var idi. Donetsk, Luqansk və Xarkov bölgələrdində Rusiyapərəst qüvvələr kütləvi aksiyalar keçirərək separatçı şüarlar səsləndirir, yerli hakimiyyət orqanlarına hücum edir.

Martın 6-da bu şəhərlərdə separatçıların növbəti çıxışlarından sonra rəsmi binaları hücumlar olub. Donetsk şəhərində Rusiyapərəst qüvvələrin mitinqindən sonra vilayət hakimyyətinin binasına hücum olunub. Polis sıralarını yaran etirazçılar binaya daxil olaraq üzərində Rusiya və özlərinin elan etdikləri “Donetsk respublikası”nın bayraqlarını qaldırıblar.Luqansk və Xarkov şəhərlədində də mitinqlər və təhlükəsizliq qüvvələri ilə qarşıdurmalar haqda xəbərlər gəlir.

Ukrayna rəsmiləri bu nümayişlərin Rusiya tərəfindən təşkil olunduğunu iddia iddia edir, Rusiya isə öz növbəsində Krımdan başqa digər regionalrın Rusiyaya birləşdirilməsi planlarını inkar etsə də, orada yaşayan rusların hüquqlarının müdafiə olunacağını bildirir.

02.30

Separatçılar artıq Sumski küçəısini dəmir şitlərlə bağlayıblar. Onlar bildiriblər ki, vilayət sovetinin deputatlarını çağırıblar, deputatlarsa administrasiyaya gəlir.

Mitinqçilər tribunadan bildiriblər ki, onlara bir sutka binanı mühafizə etmək lazımdır: "Artıq Yanukoviç Donetskdədir".

Milis Xarkov vilayət administrasiyası binasını tərk edib. Saat 23.0-da binanın üzərində Rusiya bayrağı ucaldılıb. /Teleqraf/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm