• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Obama telefon dinləmələri ilə bağlı planlarını açıqladı

  • Dünya
  • 17 Yanvar 2014 17:43
  • 360 Baxış
Obama telefon dinləmələri ilə bağlı planlarını açıqladı

ABŞ prezidenti Barak Obama xüsusi xidmət orqanlarında telefonların dinlənilməsi ilə bağlı islahatlar planını açıqlayacaq.

Avropa.info-nun xarici mətbuata istinadən məlumatına görə, bu gün ABŞ prezidenti Barak Obama ölkə və xarici ölkə vətəndaşlarının telefonlarının dinlənilməsi ilə bağlı yaranan qalmaqaldan sonra bu sahədə həyata keçirmək istədiyi islahat planının ictimaiyyətə açıqlayacaq.

Barak Obamanın həyata keçirəcəyi islahata əsasən, Milli Təhlükəsizlik Agentliyinin telefon dinləmələri ilə bağlı məlumatların toplanması sahəsində müəyyən dəyişiklik edəcəyi gözlənilir.

Bu sahədə islahatların həyata keçirilməsi Mərkəzi Kəşfiyyat İdarəsinin və Milli Təhlükəsizlik Agentliyinin sabiq əməkdaşı Edvard Snoudenin məlum açıqlamalarından sonra gündəmə gəlib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR