Ermənilər Xocavənd rayonunda muzey açacaq
Bizi izləyin

Dünya

Ermənilər Xocavənd rayonunda muzey açacaq

Xocavənd rayonun Tuğ kəndində ermənilər tarixi mədəni qoruğun yaradılması ideyası ilə çıxış ediblər

Erməni mənbələrinin yaydığı məlumatda deyilir ki, Xocavənd rayonun Tuğ kəndində ermənilər tarixi mədəni qoruğun yaradılması ideyası ilə çıxış ediblər.

Qoruğun tərkibində muzey də fəaliyyət göstərəcək. Qoruq kəndin 12,6 hektar ərazisini əhatə edəcək. Məliklər sarayı və Müqəddəs İoann kilsənin də daxil olduğu ərazidə, həm də etnoturizm mərkəzi yaradılacaqdır. Cari ildə gercəkləşdiriləcək layihənin əsas məqsədi yerli tarixi abidələrin aşkarlanması, öyrənilməsi və təbliği göstərilir.

Publika.Az-ın verdiyi xəbərə görə, bu barədə Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru Vüqar Tofiqli sosial şəbəkədə yayım.

Onun sözlərinə görə, Tuğ kəndinin qərb ərazisindəki qədim məhəllələrdə bərpa edilərək turizm marşrutlarna daxil ediləcək. Qondarma respublikanın rəsmiləri ötən ilin dekabrında bu qərara gəliblər.

Tuğ – Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində qədim kənddir. Kənddə əsasən azərbaycanlılar və erməniləşdirilmiş albanlar yaşayırdılar. Əhalisinin sayı 2000 nəfər olub. Əhalisi üzümçülük, taxılçılıq, heyvandarlıq, tərəvəzçilik, bağçılıq və baramaçılıqla məşğul olurdular.

Kənddə 130 yaşı olan orta məktəb, mədəniyyət evi, kitabxana, xəstəxana və s.var idi. Tuğ kəndinin məlikyeqanovlar, məlikaslanovlar, cahangirlilər, mehdibəylilər, aslanbəylilər, gülməmədlilər, talıbxanlılar, səlimbəylilər, cəfərlilər, vəliuşağılar və s. adlı tayfa, tirə və nəsilləri var idi. Azərbaycanda və dünyada məşhur olan Azıx mağarası və Tağlar mağarası Tuğ kəndi yaxınlığındadır.

1991-ci il oktyabr ayının 30-31 nə kecən gecə Tuğ kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Tuğ sözü-əski türk dilində bayraq dеməkdir.

Qeyd edək ki, hafta-ici.az saytı məsələ ilə əlaqədar Mədəniyyə t və Turizm Nazirliyi ilə əlaqə saxlayıb.

Nazirliyin Mədəniyyət Siyasəti şöbəsinin müdiri Fikrət Babayev isə məsələdən xəbərsiz olduğunu deyib:

“Məlumatı dəqiqləşdirmək üçün xəbəri yayan mənbələrlə maraqlanmaq lazımdır. Bundan əvvəl heç nə deyə bilmərəm”.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm