“Gülən əvvəlkilərdən daha böyük bir təhdiddir”
Bizi izləyin

Dünya

“Gülən əvvəlkilərdən daha böyük bir təhdiddir”

İngiltərənin “Financial Times” qəzeti dünənki sayında Türkiyə Ədalət və İnkişaf Partiyası (AKP) İdarə Heyətinin üzvü və Mərmərə Universiteti hüquq fakültəsi müəllim Osman Canın müəllifi olduğu məqalə dərc edib.

Publika.Az –ın verdiyi xəbərə görə, Osman Can Türkiyədə qəbul olunan bəzi məhkəmə qərarları səbəbi ilə böhran olduğunu və bu böhranın “demokratiyanın taleyini təyin edəcəyini” ifadə edib.

AKP üzvünə görə “Gülənçilərlə əlaqəli" olduğu iddia olunan prokurorların icra etdiyi istintaqın sui-istifadələrlə əlaqədar olduğu təəssüratı yaradılsa da, ancaq əsl hədəf AKP-dir. O.Can məqaləsində Gülən hərəkatını “dünyəvilik əleyhdarı və mühafizəkar milliyyətçilik zəminindəki bir hərəkət” olaraq dəyərləndirib. Gülən camaatının AKP-ni dəstəkləyərək partiyanın etibarını qazandığını ifadə edən O.Can əllərindəki din kartla onların Türkiyə üçün əvvəlkilərdən daha böyük bir təhdid olduğunu bildirib.

Qeyd edək ki, baş naziri Rəcəb Təyyib Ərdoğan iki gün əvvəl ölkənin xaricdəki səfirlərinin Türkiyədə keçirilən toplantısında 17 dekabr həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması təlimatı verib. Ölkə mediası hesab edir ki, AKP üvlərinin xarici ölkə mediasında çıxışları da Ərdoğanın təlimatından irəli gəlir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm