800 milyon seçicinin iştirak etdiyi seçkilər - Foto
Bizi izləyin

Dünya

800 milyon seçicinin iştirak etdiyi seçkilər - Foto

800 milyon seçicinin iştirak etdiyi seçkilər

Publika.Az BBC-yə istinadən xəbər verir ki, bazar ertəsi Hindistanda mayın ortasına qədər davam edəcək parlament seçkiləri başlayır.Bu seçkilərdə hakim partiya- Hindistan Milli Konqresi, həm də hindu millətçiləri partiyası adlandırılan "Bharatiya Janata Party" (Hindistan Milli Partiyası) rəqabət aparır.

Hindistan Milli Partiyasına baş nazir Qujarat Narendra Modi rəhbərlik edir. Bu siyasətçi sorğularda liderlik edir. Seçkilərdə, həmçinin başqa, daha kiçik partiyalar da iştirak edəcək.Seçki kampaniyası dövründə tez-tez korrupsiya və yüksək inflasiya sualları qaldırılıb.

Hindistanda beş il əvvəl baş tutan ümumxalq seçkilərindən bəri seçicilərin sayı 100 milyona qədər artıb, indi seçkilərdə 800 milyon insan iştirak edə biləcək.Səslərin hesablanmasına isə mayın 16-da başlanacaq.

Aydəmir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm