Seks cihadına qatıldı, 1000 döyüşçü ilə yatdı - 15 yaşlı qızın dramı
Bizi izləyin

Dünya

Seks cihadına qatıldı, 1000 döyüşçü ilə yatdı - 15 yaşlı qızın dramı

Seks cihadına qatıldı, 1000 döyüşçü ilə yatdı - 15 yaşlı qızın dramı

15 yaşlı səudiyyəli Aişə Əl-Bakri, Suriyada "Cihad Əl Nikah"a yəni "Seks Cihadı"na qatılmaq üçün 3 ay əvvəl ayrıldığı vətəninə geri dönür. Geridönmə səbəbi isə 1000-dən çox mücahidlə birlikdə olan gənc qadının hamilə qalmasıdır.

Publika.Az-ın türk mediasına istinadən verdiyi xəbərə görə Aişə, Riyada uçmaq üçün gəldiyi Beyrut havalimanında, çox müzakirə edilən "din" adamı Məhəmməd Al Arifinin fətvasını eşitdikdən sonra Suriyaya getmə qərarını götürdüyünü izah edib. Gənc qadın, "Allaha daha yaxın olmaq üçün Suriyada döyüşən cihadçılarla Cihad Al- Nikaha girmək lazımdır" dedi və Suriyada 1000-dən çox mücahidlə cinsi əlaqəyə girdi. Aişə əksəriyyəti Əlcəzair, Pakistan, Somali, İraq və Efiopiyadan olan döyüşçü ilə birlikdə olduğunu təsdiqlədi.

Bu anda hamilə olduğunu və doğulacaq uşağın atasının kim olduğunu bilmədiyini ifadə edən Aişə, atasının "əl- Nusra" Cəbhəsi liderinin olduğunu düşünür. Terror təşkilatı liderinin İsrail ziyarəti əsnasında onu bərabərində apardığını ifadə edən Səudiyyə qadın, terrorist kapitanın İsrailli kəşfiyyat zabitləriylə görüşdüyünü və onlardan əsgəri planlar, silah və Suriya ordusunun hərəkətlərinə bağlı casus peyklərdən çəkilən fotoşəkilləri çəkib götürdüyünü izah etdi. "Əl- Nusra Cəbhəsi, "Əl Qaidə", İsrail, Qatar və digər Qərb ölkələrdən ibarət olan ittifaqın Suriyada qalib gələ bilməyəcəyini iddia edən Aişə deyib ki, "Ümidsiz depressiya "cihadçılar" üzərində hakimdir, bəziləri Suriya ordusu qarşısında yaşadığı qorxu üzündən Suriyadan qaçdı".

Suriya silahlı qüvvətlərinin Qalibiyyətinin yaxın olduğunu vurğulayan Aişə, çox sayda cihadçıya aid cəsədləri zibil yığınında gördüyünü də izah etdi.

Cəmalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm