Rusiya xüsusi əməliyyatın ikinci mərhələsinə start verib - VİDEO
Bizi izləyin

Dünya

Rusiya xüsusi əməliyyatın ikinci mərhələsinə start verib - VİDEO

Turçinov: Rusiya xüsusi əməliyyatın ikinci mərhələsinə start verib

Ukraynanın şərq bölgələrində baş verənlər Rusiyanın keçirdiyi xüsusi əməliyyatın ikinci mərhələsidir, Publika.Az BBC-yə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti səlahiyyətlərini icra edən Aleksandr Turçinov bəyan edib.

"Məqsəd - sabitliyi pozmaq, höküməti devirmək, seçkilərə yol verməmək və ölkəmizi parçalamaqdır", - UNİAN agentliyi Turçinovu iqtibas edir.

Bazar günü Donetsk, Luqansk və Xarkov şəhərlərində rusiyapərəst fəallar vilayət administrasiyası və təhlükəsizlik idarəsi binalarını ələ keçirərək, binalar üzərində Rusiya dövlət bayraqlarını qaldırıblar. Aksiya iştirakçıları Ukraynanın şərq bölgələrində müstəqillik referendumlarının keçirlməsinə çağırıblar.

Xatırladaq ki, bazar ertəsi günü Donetsk vilayət administrasiyasının binasını tutanlar toplantı keçirərək "Donetsk Xalq Respublikasının yaradılması barədə" bəyannamə qəbul ediblər və vilayətdə mayın 11-də referendum keçirilməsi barədə qərar qəbul ediblər.Ölkənin şərqində baş vermiş hadisələrlə cənab Turçinov Litvaya səfərini təxirə salaraq güc nazirlikləri rəhbərlərinin iştrakı ilə təcili iclas toplayıb.

"Əlinə silah götürənlərlə terrorçu kimi rəftar ediləcək. Ölkənin şərq sərhədinin mühafizəsi gücləndirilib.", - cənab Turçinov bildirib.

Bundan bir qədər əvvəl isə Baş nazir Arseni Yatsenyuk ölkənin şərq bölgələrində xarici qoşunların müdaxiləsi planının həyta keçirildiyini bəyan etmişdi.

"Antiukrayna, antidonetsk, antiluqansk, antixarkov planları həyata keçirilir. Məqsəd sabitliyi pozmaq və xarici qoşunların sərhədi keçərək ölkəmizin ərazisini işğal etməkdir. Biz buna yol verməyəcəyik", cənab Yatsenyuk hökümətin iclasında bəyan edib.

Ukrayna daxili işlər naziri Arsen Avakov "Feysbuk"" səhifəsində Xarkov vilayət administrasiyasının hüquq-mühafizə orqanları tərəfindən dinc vasitələrlə azad olunduğunu yazıb.

Lakin BBC-nin Xarkovdakı müxbiri binanın əvvəlkitək rusiyapərəst qüvvələr tərəfindən mühasirədə qaldığını, onların binanın daxilində də olduğunu xəbər verir.

Avakov iğtişaşların təşkilində prezident Vladimir Putini və devrilmiş Ukrayna prezidenti Viktor Yanukoviçi ittiham edib.O, eyni zamanda "Feysbuk" səhifəsində yazıb ki, Ukrayna polisinə vəziyyəti nəzarət altına qansız, dinc üsüllarla almaq əmri verilib.

Bu arada Ukrayna Baş nazirinin birinci müavini Vitali Yarema son iki ay ərzində Ukraynanın müxtəlif şəhərlərində 320-dək separatçı aksiyanın keçirildiyini və həmin aksiyalarda 242 min adamın iştirak etdiyini bildirib. Yaremanın sözlərinə görə, hüquq-mühafizə orqanları separatçılıq ittiihamı ilə açılmış 75 cinayət işi çərçivəsində istintaq aparır və 15 nəfər həbs olunub.

Luqansk şəhərində Təhlükəsizlik İdarəsi binasını tutan rusiyapərəst etirazçılar həmin həbs olunan adamların azadlığa buraxılmasını tələb ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm