İranın nüvə proqramına dair görüşlər yenidən başlayır
Bizi izləyin

Dünya

İranın nüvə proqramına dair görüşlər yenidən başlayır

İranın nüvə proqramına dair 5+1 ölkələri ilə keçirilən görüşlərin növbəti mərhələsi bir müddət fasilədən sonra bu gün yenidən başlayır. Görüşlərdə iştirak edən tərəflər ötən gün Avstriyanın paytaxtı Vyanada bir araya gəliblər. Rəsmi danışıqlar öncəsində A

İranın nüvə proqramına dair 5+1 ölkələri ilə keçirilən görüşlərin növbəti mərhələsi bir müddət fasilədən sonra bu gün yenidən başlayır. Görüşlərdə iştirak edən tərəflər ötən gün Avstriyanın paytaxtı Vyanada bir araya gəliblər. Rəsmi danışıqlar öncəsində Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eştonla İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında təkbətək görüş olub. Görüş mediyaya qapalı şəkildə keçirilib.

Ötən ilin noyabr ayında Cenevrədə İranla əldə olunan razılaşmaya əsasən, rəsmi Tehran uranın zənginləşdirilməsi prosesini məhdudlaşdırmağa başlamışdı. Belə olan təqdirdə isə, İrana qarşı bəzi iqtisadi sankisiyalar aradan qaldırıldı.

Bir müddət əvvəl isə, Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın öz üzərinə düşən öhdəliyi yerinə yetirməsi barədə məruzəsi tərəflərin danışıqları müsbət yöndə davam etdirməsinə əsas verib. /İHA/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm