8 aylıq şahzadənin ilk rəsmi səfəri - FOTOLAR
Bizi izləyin

Dünya

8 aylıq şahzadənin ilk rəsmi səfəri - FOTOLAR

Şahzadə Uilyam (Prince William) və Keyt Middltonun (Kate Middleton) ilk dəfə Şahzadə Corcla (Prince George) xaricə səfər ediblər.


8 aylıq şahzadənin ilk səfəri Yeni Zelandiyaya və Avstraliyaya olub.



Böyük Britaniyanın kral ailəsinin səfəri artıq baş tutub. Balaca oğlan valideynləri ilə birlikdə artıq Yeni Zelandiyanın paytaxtı Vellinqtondadır. Onlar təyyarənin trapında təəssüratlar yaratmağı bacarıblar. Keyt başdan ayağa qırmızı geyinmişdi və Corcu qucağında tutmuşdu. Uilyam isə onlarla yan-yana aşağı düşürdü. Keytin bu səfəri üçün parlaq qırmızı rəngli "Catherine Walker" geyimi, eyni tonda "Gina Foster" şlyapası və 1952-53-cü illərdə Yeni Zelandiyaya turu zamanı kraliça II Yelizavettaya hədiyyə edilmiş gümüş broş seçib.



Uilyam və Keyt hava limanından birbaşa onları rəsmi qarşılama mərasimi gözləyən Yeni Zelandiyanın qeneral-qubernatorunun iqamətgahına yola düşüblər. Kral ailəsi sabah istirahət edəcək, sonra isə onları işlər və səgərlər gözləyir. Çərşənbə günü Uilyam və Keyt gənc valideynlərə tibbi yardım və dəstək məsələləri ilə məşğul olan "Royal New Zealand Plunket Society" cəmiyyətini ziyarət edəcəklər.



Uilyam və Ketrin rəsmi səfər və tədbirlərlə məşğul olarkən, Corca yeni dayəsi Mariya Tereza Turrion Borrallo (Maria Teresa Turrion Borrallo) baxacaq. Mariya 20 il əvvəl Böyük Britaniyaya gəlib və orada zadəgən ailələrinin uşaqları ilə işləyib.



Kral ailəsinin 20 günlük səyahəti vergi ödəyicilərinə 1,2 milyon dollara başa gələcək. /Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm