Tornado nəticəsində 13 nəfər xəsarət aldı
Bizi izləyin

Dünya

Tornado nəticəsində 13 nəfər xəsarət aldı

Amerika Birləşmiş Ştatlarının Şimali Karolina ştatından güclü tornado keçib. Ştatın Belheyven şəhərində tornado nəticəsində 13 nəfər xəsarət alıb.



"Reuters" agentliyinin verdiyi məlumata görə, tornado bir neçə yaşayış evinə ziyan vurub, elektrik xətlərini sıradan çıxarıb, çox sayda ağacları qırıb, yol-nəqliyyat qəzalarına səbəb olub.



Bu qəzalardan birində qasırğa hərəkətdə olan yük avtomobilini 10 metrdən artıq yüksəkliyə qaldıraraq yerə çırpıb. Avtomobildə olan iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.



Hazırda Şimali Karolinada tornadonun fəsadları və vurduğu ziyan qiymətləndirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm