Qızını öldürmüş qatili bağışladı - Foto
Bizi izləyin

Dünya

Qızını öldürmüş qatili bağışladı - Foto

Qızını öldürmüş qatili bağışladı-Foto

1994-cü il 6-7 aprel tarixində Afrikanın Ruanda ölkəsində dünyanı lərzəyə gətirən soyqırım baş verib. Baş verən Ruanda soyqırımında 800 min nəfər öldürülüb. Tutsi qəbiləsindən olan Alisa Mukarurinda Hutu qəbiləsindən olan Emmanuel Ndayisaba tərəfindən uşağı öldürülüb və sağ qolu kəsilib. Maraqlısı budur ki, hadisənin üstündən 20 il keçməsinə baxmayaraq, Alisa və Emmanuel dostluq edir. Alisa ölkəsində xəzinədarlıqla, Emmanuel isə soyqırımdan sağ çıxan insanlar üçün ev tikməklə məşğuldur.

Düz, 20 il bundan öncə hutular 1 milyona yaxın tutsiləri qırıb. “Hər zaman əlimə baxarkən o hadisələr gözlərimin önündən gəlib keçir”- Alisa deyir.

Hutu-Tutsi tayfaları bir-birinə o qədər oxşardır ki, hətta, özləri belə kimin hansı tayfadan olduğunu ayırd edə bilmirlər. Tutsidən olan Alisa üçün soyqırım 1992-ci ildə 1 həftə kilsədə qaçqın kimi gizləndiyi vaxt başlayıb. O zaman, Hutu nümayəndələri maçete bıçağı ilə gəzərək evləri, maşınları yandırardı. 6 aprel 1994-cü il də Ruanda prezidentini aparan təyyarə vurulduqdan sonra hutilər tutsilərə qarşı daha da amansız olub Alisanın yaşadığı kəndə hücuma keçiblər. 23 yaşlı Emmanuelə maçetə bıçağını götürərək Alisanın sığındığı kilsəyə daxil olmaq əmri verilib. Həyatında heç bir vaxt insan öldürməyən Emmanuel orada 14 insanın həyatına son qoyub. “İlk dəfə bir ailəni öldürəndə pis oldum, lakin bu vərdiş halını alandan sonra çox məmnunluqla tutsiləri öldürməyə başladım. Tutsilərin bizim ən qatı düşmənlərimiz olduğu deyilmişdi, bu səbəbdən də onu öldürməklə borcumu yerinə yetirirdim”- Emmanuel o günləri xatırlayaraq deyir.

Həmin gün Alisanın sığındığı kilsəyə hutulər od vurub yandırdı. Alovdan qaçmaq istəyənlər isə maçete bıçağı ilə doğranırdı. Alisa kilsədə öldürülən 5000 nəfər arasında 26 ailə üzvünü də itirdi. 25 yaşlı Alisa 9 aylıq qızı və 9 yaşlı qardaşı qızı ilə qaçaraq bataqlıqda gizlənə bilib. O, qeyd edir ki, bataqlıq insan meyitlərindən ibarət idi. Emmanuel hutu ordusuna qoşularaq sağ qalan tutsilərin axtarışına çıxıb. 1 gün bataqlıqda qalan Alisa yalnız nəfəs almaq üçün başını çölə çıxardıb. Hutular Alisanı tapır və bataqlığı əhatəyə aldıqdan sonra hücuma keçirlər. İlk növbədə balaca qızları öldürdülər. Alisa onun da öldürüləcəyinə əmin idi. Özünü müdafiə edə bilməməsi üçün əvvəlcə əli kəsildi. Emmanuel Alisanın məktəb yoldaşı olduğunu xatırladı, lakin adını çəkmədi. Bəlkə də sinif yoldaşı olduğunu nəzərə alaraq yalnız sağ əlini kəsib üzünə bıçaq vurdu. Onun yoldaşları isə çiyninə nizəni soxaraq ölümcül vəziyyətə onu tərk etdilər. Alisa qan içində idi, lakin xoşbəxtlikdən ölməmişdi. Huşsuz qalan Alisanı 3 gündən sonra sağ qalan tutsilər tərəfindən tapdılar.

Soyqırımdan bir ay sonra Emmanuel vicdan əzabi çəkməyə başladı və yuxusu ərşə çəkildi. 1996-cı ildə isə o, artıq dözə bilməyərək törətdiyi vəhşiliyi etiraf etdi. Onun məhkəməsi 1997-ci ildən 2003-cü ilədək çəkdi, lakin Ruanda prezidenti Kaqame günahını etiraf edənləri bağışlayaraq onu da azad etdi. Azad olduqdan sonra Emmanuel qurbanların ailə üzvlərini taparaq əfv edilməsini istədi. O, soyqırım qatillərinin və sağ qalanlarının “Ukurrkuganze” təşkilatına qoşuldu. Elə oradaca öldüyünü zənn etdiyi Alisa ilə qarşılaşdı.

Əvvəlcə Emmanuel ondan qaçırdı. O, Alisanın qarşısında diz çökərək bağışlanmasını istəyib. İki həftə tərəddüd və əri ilə məsləhətləşdikdən sonra Alisa onu bağışladığını dilə gətirir. “İndi hər ikimizin qəlbi azaddır. Müqəddəs kitabda yazılıb ki, bağışla ki, bağışlanasan”- Alisa deyir.

Ruandada artıq bir çox qatil və qurbanlar bir-birini bağışlayıb, lakin çox nadir hallarda kimin kimə hücum etdiyi bilinir.

Heç nəyə baxmayaraq, nə Alisa o günləri unuda, nə də Emmanuel vicdan əzabından xilas ola bilir.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm