Gülənin “qızıl uşaqları”nın adı açıqlandı
Bizi izləyin

Dünya

Gülənin “qızıl uşaqları”nın adı açıqlandı

Gülənin “qızıl uşaqları”nın adı açıqlandı

Türkiyədə Fətullah Gülən camaatının “qızıl uşaqları”nın adı açıqlanıb.

Publika.Az türk mediasına istinadən xəbər verir ki, “qızıl uşaqlar” deyilən bu şəxslərin Cənub-Şərqdə və Şərqdə sülhə qarşı fəaliyyət göstərdikləri iddia olunur.

“Qızıl uşaqlar”nın bəziləri bunlardır: Tufan Erüder. Bu sonuncu dəfə Hakkaridə polis rəisi idi. Mutlu Ekizoğlu, sonuncu dəfə Siirtdəydi. Rəcəp Güven, sonuncu dəfə Diyarbəkirdəydi. Serdar Bayraktutan, terrorla mücadilə şöbəsinin müdiri olaraq Vanda çalışıb. Ahmet Pek isə İğdırda idi.

Diqqət çəkən məqam bu “qızıl uşaqlar”ın hamısıının Türkiyənin Cənub-Şərqində olmasıdır. Bu bölgə PKK-nın əsas fəaliyyət göstərdiyi bölgədir və Türkiyə üçün olduqca strateji əhəmiyyətə malikdir.

Məlumatlara görə, camaat 2010-cu ildən başlayaraq bu bölgələrdə PKK ilə Türkiyə savaşını daha da qızışdırmaqla məşğul olublar.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm