Camaat Ərdoğanla MİT-i necə izləyirmiş? - şok faktlar
Bizi izləyin

Dünya

Camaat Ərdoğanla MİT-i necə izləyirmiş? - şok faktlar

Camaat Ərdoğanla MİT-i necə izləyirmiş?-şok faktlar

Fətullah Gülən camaatının Türkiyədə siyasətçi və məmurları necə izlədiyi ortaya çıxdı.

türk mediasına istinadən xəbər verir ki, camaat “Nur” adı ilə toplantı keçirir və siyasətçilərlə məmurların istifadə etdiyi Ankara Çukurambarda qapıçılardan onlar haqqında məlumatlar əldə edirmiş. Həmin qapıçıları “Nur” toplantılarında bir yerə toplayır, həm də onlarda casus kimi istifadə edirmişlər. Məlumatlara görə, qapıçılarda məlumatların alınması da dini söhbətlər arası baş verirmiş.

Həmin qapıçılarda olan D. H. (adı tam açıqlanmır-red) camaatın “Nur” toplantılarında iştirak etdiyini və bir çox ilginc məlumatlar açıqlayıb.

“Danışdıqlarımız söhbət əsnasında olduğu üçün nə etməyə çalışdıqlarını başa düşmədik. Dini söhbətlər arasında siyasətdə baş verənlərdən danışılırdı. Xüsusilə “17 dekabr”dan sonra AKP-yə səs verməməyin vacib olduğu deyilirdi.

Baş nazir Ərdoğan haqqında iddialar irəli sürülür, MİT şefi Hakan Fidanın İran agenti olduğu deyilirdi. Bu toplantılar hər dəfə fərqli evlərdə baş tuturdu. Toplantının yeri hər dəfə cib telefonuna gələn mesajda bildirilirdi. Həftədə bir dəfə keçirilən toplantılar “17 dekabr”dan sonra 3 dəfə keçirilməyə başlandı. Mən getmək istəməyəndə araya qohumlarının saldılar”-deyə qapıçı bildirib.

D. H. daha maraqlı bir hadisəni açıqlayıb. Qeyd edib ki, toplantılara qatılan “abi”lərdən birinin qapısındakı köhnə qəzetləri və kağızları alırkən arasında bəzi qeydləri tapıb: “Oxuyanda çaşdım. İçində Baş nazir Ərdoğan, Hakan Fidan və MİT-i hədəfə alan bəzi yazılar yazılmışdı”.

Araşdırmada məlum olub ki, bu qeydlər “Twitter”də xəyali istifadəçi olan Fuat Avni hesabında atılmış “twitt”lərdən yığıldığı ortaya çıxıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm