Doku Umarov növbəti dəfə öldürüldü
Bizi izləyin

Dünya

Doku Umarov növbəti dəfə öldürüldü

Doku Umarov növbəti dəfə öldürüldü

“Çeçen silahlılarının lideri Doku Umarov öldürülüb”.

Publika.Az – ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Milli Antiterror Komitəsinin iclasında Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov çıxışında söyləyib.

A.Bortnikov həmçinin 2014-cü ilin ilk üç ayında 33 terrorla mübarizə əməliyyatının həyata keçirildiyini, əməliyyatlar nəticəsində terror qruplarının 36 lideri və 65 üzvünün öldürüldüyünü deyib.

Qeyd edək ki, D.Umarovun öldürülməsi barədə xəbəri keçən ay çeçen silahlılarının saytı “kavkaz-center” yaymışdı. Sayt onun şəhid olduğunu xəbər versə də, necə həlak olması barədə heç bir məlumatı açıqlamamışdı. Ondan daha əvvəl isə Çeçenistan respublikasının rəhbəri Ramzan Kadırov çeçen yaraqlılarının liderinin öldüyünü bəyan etmişdi.

Həmin vaxt D.Umarovun ölümü ilə bağlı Rusiya Milli Antiterror Komitəsi Umarovun ölümü ilə haqda heç bir informasiya malik olmadığını bildirmişdi.


Qeyd edək ki, D.Umarov 2006-cı ildən çeçen silahlılarına liderlik edir. Rusiya hökuməti onun öldürüldüyü barədə dəfələrlə xəbər yaymışdı. Lakin sonradan məlum olmuşdu ki, o, sağdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm