Yanukoviçin partiyasının parlament fraksiyası kiçilir
Bizi izləyin

Dünya

Yanukoviçin partiyasının parlament fraksiyası kiçilir

Yanukoviçin partiyasının parlament fraksiyası kiçilir

Ukrayna Ali Radasının deputatları Yuri Miroşniçenko və Yuliya Levoçkina Regionlar Partiyasının parlament fraksiyasını tərk ediblər.

Publika.Az – ın Uktaya mediasına istinadən verdiyi məlumata görə, bu barədə Ali Radasının sədri Aleksandr Turçinov parlamentin bugünkü iclasında bildirib.

Qeyd edək ki, Regionlar Partiyasının rəhbəri, keçmiş prezident Viktor Yanukoviç Ali Rada tərəfindən vəzifəsindən uzaqlaşdırılıb. O, hazırda Rusiya ərazisindədir.

Üç dəfə mətbuat konfransı keçirən keçmiş prezident Rusiyanın Ukraynaya qarşı hərəkətlərinə haqq qazandırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm