Ukraynanın iki vilayətində dövlət administrasiyasının binası azad edilib
Bizi izləyin

Dünya

Ukraynanın iki vilayətində dövlət administrasiyasının binası azad edilib

Ukraynanın iki vilayətində dövlət administrasiyasının binası azad edilib

“Hazırda Xarkov və Donetsk vilayətlərinin dövlət administrasiyasının binaları azad edilib”.

Publika.Az – ın “RBK-Ukrayna” saytına istinadən verdiyi məlumata görə, bu sözləri Ukrayna prezidentinin vəzifələrinin müvəqqəti icraçısı, Ali Rada sədri Aleksandr Turçinov deyib.

Onun sözlərinə görə, Uraynanın şərq regionlarında vəziyyət yaxın vaxtlarda normallaşacaq. Ali Radanın iclasında çıxış edən A.Turçinov hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı əl qumbaralarından istifadə edildiyini və nəticədə bir neçə milis əməkdaşının ağır yaralandığını bildirib.

A.Turçinov Xarkovda 70 seperatçının saxlanıldığını təsdiqləyib. O, qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Dneprepetrovsk və Nikolayevdə təxribat cəhdlərini qarşısını ala biliblər. Ali Rada sədri Luqansk vilayəti dövlət administrasiyasının binasının da tezliklə azad ediləcəyini söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm