“Putin Ukraynanın bütün ərazisində ordudan istifadə edə bilər”- Xəbərdarlıq
Bizi izləyin

Dünya

“Putin Ukraynanın bütün ərazisində ordudan istifadə edə bilər”- Xəbərdarlıq

“Putin Ukraynanın bütün ərazisində ordudan istifadə edə bilər”- Xəbərdarlıq

“Vladimir Putin Ukraynanın bütün ərazisində ordudan istifadə edə bilər”.

Publika.Az – ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədri Viktor Ozerov deyib.

Ukraynanın bütün ərazisində Rusiyanın silahlı qüvvələrindən istifadə olunması ilə bağlı Rusiya Federasiya Şurasının prezidentə verdiyi icazənin qüvvədə olduğunu deyən komitə sədri V.Putinin istənilən vaxt belə bir qəbul edə biləcəyini söyləyib.

O, diqqətə çatdırıb ki, Federasiya Şurasının müfaviq qərarı yalnız Krım deyil, bütün Ukrayna ərazisinə aiddir.

V.Ozerov vurğulayıb ki, Rusiya qanunvericiliyinə əsasən hərbçilər və hərbi texnikanın miqdarı, həmçinin onların tətbiqi ediləcəyi yerləri Rusiya Federasiyasının prezidenti müstəqil müəyyənləşdirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm