Barak Obamaya itki üz verib
Bizi izləyin

Dünya

Barak Obamaya itki üz verib

ABŞ prezidenti Barak Obamanın xalası Zeytuni Onyanqo dünyasının dəyişib.

Uzun müddət ABŞ-da qeyri-leqal yaşayan Onyanqo 61 yaşında Bostondakı reabilitasiya mərkəzində keçinib.

Qadının vəkili Marqaret Von bildirib ki, onda uzun müddət öncə xərçəng xəstəliyi aşkarlanmışdı. Tənəffüs yollarında problem var idi.

Qeyd edək ki, Onyanqo 2000-ci ildə ABŞ-a gəlib. İki il sonra siyasi sığınacaq üçün müraciət etsə də, ona sığınacaq verilməyib. 2008-ci ilə qədər ABŞ-da qeyri-leqal yaşayıb. 2008-ci ildə Obama prezident seçildikdən sonra diqqətlər həmin xanıma yönəlib. Ağ Evdən iddia ediblər ki, prezident Obama xalasının ABŞ-da qeyri-leqal yaşamasından xəbərsiz olub. /Milli.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm