Rusiya seperatçıları da danışıqlar masasına gətirir
Bizi izləyin

Dünya

Rusiya seperatçıları da danışıqlar masasına gətirir

Rusiya seperatçıları da danışıqlar masasına gətirir

Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynanın cənub-şərq bölgələrinin də ölkənin gələcəyi ilə bağlı danışıqlara cəlb edilməli olduğunu bildirib.

Publika.Az – ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, S.Lavrov əksəriyyəti rusdilli əhalidən ibarət olan bu regionların beynəlxalq danışıqlara qatılmasının vacib olduğunu dilə gətirib.

Ukrayna ordusunun ölkənin cənub-şərq bölgələrində fəallığından narahat olduqlarını deyən Rusiya xarici işlər naziri rəsmi Kiyevi hərbi hazırlıqları dayandırmağa çağırıb. O, bunun vətəndaş müharibəsinə gətirib çıxara biləcəyini deyib.


Şimali Atlantika Alyansi isə yenidən Rusiyaya xəbərdarlıq edib. NATO-nun baş katibi Anders Foq Rasmussen Parisdə olarkən xəbərdarlıq edib ki, Ukraynaya müdaxilənin davam etdirilməsi Moskvanın dünyadan daha təcrid olunmasına gətirib çıxaracaq. Baş katib bunun tarixi bir səhv olacağını söyləyib.


Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm