Kirayə haqqını ödəyə bilmədi - 14 yaşlı qızı ev sahibinə verdi
Bizi izləyin

Dünya

Kirayə haqqını ödəyə bilmədi - 14 yaşlı qızı ev sahibinə verdi

Livanda yaşayan suriyalı qaçqın ailəsi kirayə haqqını 14 yaşlı qızla ödəmək məcburiyyətində qalıb. Yeniyetmə qızı evin 44 yaşlı sahibinə ərə veriblər. Qız isə ağlayır və yaşlı kişiyə ərə getmək istəmir.

Bir çox ölkələrdə kirayə haqqını natura şəklində də ödəyirlər.

Livanda yaşayan suriyalı qaçqın ailəsi kirayə haqqını 14 yaşlı qızla ödəmək məcburiyyətində qalıb. Yeniyetmə qızı evin 44 yaşlı sahibinə ərə veriblər. Qız isə ağlayır və yaşlı kişiyə ərə getmək istəmir.

Maraqlısı budur ki, həmin kişinin artıq bir həyat yoldaşı var, ancaq gənc qızla evlənməklə, görünür, həyatını yeniyetmə qızın hesabına daha da rəngləndirmək istəyir.

Gənc Hənilə Amarisə dərddən özünə gələ bimir, ancaq deyir ki, valideynlərinin iradəsinə tabe olmaqdan başqa yolu yoxdur.

"Mən kirayəçinin arvadı olmalıyam ki, ailəm həmin evdə rahat qala bilsin. Əks təqdirdə biz çadırda yaşamalı olacağıq. Bu da mümkün düyil, çünki 12 yaşlı qardaşımın astma xəstəliyi var. Atamın isə ürəyi xəstədir", - balaca Hənifə deyir.

Qız deyir ki, xalası oğluna ərə getməyə hazırlaşırdı. Ancaq o, Suriyadakı döyüşlərdə həlak olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm