.jpg)
Avropa Şurasının Parlament Assambleyası (AŞPA) bu gün Ukrayna böhranını müzakirə edəcək.
Publika.Az – ın “unian.net” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyindən bildirilib.
“AŞPA-da Ukrayna böhranına 9 Apreldə baxılacaq. Biz bu qurumun dəstəyini gözləyirik”, - açıqlamada deyilir.
Sabah keçiriləcək iclasda isə Rusiya nümayəndə heyətinin AŞPA-da səsvermə hüqurundan mərhum edilməsi məsələsi müzakirə olunacaq.
Bununla bağlı hazırlanan qanun layihəsi qəbul olunarsa, Rusiya ilin sonuna kimi AŞPA-da səsverməyə çıxarılan məsələlərlə bağlı mövqeyini ifadə edə bilməyəcək.
Ömər Dağlı