Vladimir Putin, Dmitri Medvedev, İradə Zeynalova….
Bizi izləyin

Dünya

Vladimir Putin, Dmitri Medvedev, İradə Zeynalova….

Vladimir Putin, Dmitri Medvedev, İradə Zeynalova….

Avropa İttifaqının yeni sanksiyaları siyahısına Rusiyanın demək olar ki, bütün ali rəhbərliyi düşə bilər.

Publika.Az – ın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, qurum artıq "Maqnitskiy siyahı"sını tərtib edib.

Sənəddə Rusiyanın bütün siyasi rəhbərliyi, o cümlədən prezident Vladimir Putin, baş nazir Dmitri Medvedyev və xarici işlər naziri Sergey Lavrov da daxil olmaqla 107 nəfərin adı var.

"Kommersant”ın yazdığana görə, “qara siyahı”ya düşə biləcəklər şəxslər arasında üç jurnalist də var: Mixail Leontyev, İradə Zeynalova və Mixail Qusman.

"Maqnitskiy siyahı"sında beş qrupa daxil olan şəxslər yer alıb. Birinci qrupa qanunverici orqanların üzvləri, o cümlədən Federasiya Şurasının sədr müavinləri Aleksandr Torşin və İlyas Umaxanov, Federasiya Şurasının beynəlxalq işlər, müdafiə və təhlükəsizlik komitələrinin bütün üzvləri, Dövlət Dumasının müxtəlif komitələrinin deputatları daxildir.

İkinci qrup icra hakimiyyəti orqanlarının üzvləri -Rusiya Federasiyası Təhlükəsizlik Şurasının bütün daimi və qeyri-daimi üzvləri, prezident Vladimir Putin, baş nazir Dmitri Medvedev və xarici işlər naziri Sergey Lavrov daxildir.

Üçüncü qrupda isə güc strukturlarının nümayəndələri yer alıb. Bura müdafiə nazirinin müavini Anatoli Antonov, beynəlxalq hərbi əməkdaşlığı baş idarəsinin müdiri Sergey Koşelevin, Baş Qərargah başçısı İqor Serqun və Federal Təhlükəsizlik Xidmətinin yüksək vəzifəli əməkdaşları daxildir.

Dördüncü qrupda biznesmenlərdir. Bu kateqoriyada heç bir ad yoxdur.

Beşinci qrupda isə media strukturununun nümayəndələri, o cümlədən jurnalistlər yer alıb. Bu bölmədə “media strukturu və jurnalistlərin Rusiya Federasiyası tərəfindən Krımın işğalı və Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə dəstək olaraq təbliğatçılıq fəaliyyətində aktiv iştirak etdiyi” qeyd olunub.

Siyanın qüvvəyə minəcəyi halda “Qazprom-media”, “Rossiya” və “Russia Today” olamaqla teleakanallar, o cümlədən üç jurnalist Mixail Leontyev, İradə Zeynalova və Mixail Qusman sanksiyalara məruz qalacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm