Moskvanı necə saxlamaq olar? –Con Kerri
Bizi izləyin

Dünya

Moskvanı necə saxlamaq olar? –Con Kerri

Moskvanı necə saxlamaq olar? –Con Kerri

ABŞ dövlət katibi Con Kerri Senatın xarici işləri üzrə komitəsinin Ukrayna ilə bağlı keçirilən dinləmələrində iştirak edib.

Publika.Az – ın xarici mətbuata istinadən verdiyi məlumata görə, C.Kerri Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiq edilə biləcəyi barədə xəbərdarlığı yenidən dilə gətirib.

ABŞ-ın dövlət katibi bildirib ki, Rusiyanın Ukrayna ilə bağlı siyasətinin davam etdiriləcəyi halda iqtisadiyyatın energetika, bank, mədənçıxarma, hərbi sənaye kimi əsas sektorlarına sanksiyaların tətbiq olunacağını bildirib. O, həmçinin etiraf edib ki, sanksiyalar bütövlükdə dünya iqtisadiyyatına, o cümlədən ABŞ iqtisadiyyatına mənfi təsir göstərəcək.

C.Kerri bildirib ki, sanksiyaların tətbiqi prezident Barak Obamanın 20 Mart tarixində da imzaladığı, amma hələlik qüvvəyə minməyən fərmanın icrasını nəzərdə tutur.

Arizona ştatından olan respublikaçı senator Con Makkeyn dövlət katibinə müdafiə silahlarının çatdırılması ilə bağlı Ukraynanın xahişinin niyə yerinə yetirilmədiyini soruşub.

ABŞ xarici siyasət idarəsinin başçısı hakimiyyətin icraedici qolunun Ukraynanın təhlükəsizliyi üçün ehtiyacları müəyyən etmək üçün işlədiyini bildirib.

“Bu Ukraynanın ehtiyaclarına istinad edərək Konqreslə birlikdə ata biləcəyimiz addımların mümkün variantlarını öyrənəcəyik. Aydınlaşdıraq ki, biz Ukraynaya kömək eyməyi bacararıq, ya yox”, - C.Kerri deyib.

Ukraynanın hazırda daha çox iqtisadi yardıma ehtiyacının olduğunu deyən dövlət katibi diqqətə çatdırıb ki, Vaşinqton Ukraynaya müdafiə silahlarının çatdırılması barədə qərar qərar etməyə meylli deyil.

Dövlət katibi əminliyini ifadə edib ki, Moskva rəhbərliyini saxlayan ən əhəmiyyətli səbəb sərt sanksiyalarin Rusiyanın iqtisadiyyatını zəifləməsi olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm