Kiyev seperatçılara qarşı güc tətbiqinə hazırlaşır
Bizi izləyin

Dünya

Kiyev seperatçılara qarşı güc tətbiqinə hazırlaşır

Kiyev seperatçılara qarşı güc tətbiqinə hazırlaşır

“Terrorçuluğa qarşı əməliyyat davam edir. Vəziyyətin həlli ən yaxın 48 saat ərzində mümkündür”.

Publika.Az – ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu sözləri hökumətin iclası öncəsi daxili işlər naziri Arsen Avakov jurnalistlərə açıqlamasında deyib.

Ukraynalı nazir ölkənin şərq və cənubi-şərq regionlarında seperatçılıq cəhdlərinin qarşısının alınması üçün bütün lazım addımların atılacağını bildirib.

“Amma hadisələrin inkişafından asılı olaraq iki variant var: siyasi və güc tətbiqi. Hər iki variant mümkündür. Dialoqu qəbul edənlərlə bağlı siyasi qərar olacaq. Qarşıdurmaya üstünlük verənlərə isə lazımı cavab veriləcək", - A.Avakov dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm