“Bakılı oğlanlar” KVN komandasının üzvünə 4 il həbs cəzası verildi
Bizi izləyin

Dünya

“Bakılı oğlanlar” KVN komandasının üzvünə 4 il həbs cəzası verildi

Rusiyanın Başqırdıstan Muxtar Respublikasının Ufa şəhərində 2011-ci ilin yanvarında baş verən dəhşətli yanğın hadisəsinə görə azərbaycanlı iş adamına iş kəsilib.

O, iki nəfərin ölümünə səbəb olan yanğın hadisəsində günahkar bilinib.

Rusiyanın Başqırdıstan Muxtar Respublikasının Ufa şəhərində 2011-ci ilin yanvarında baş verən dəhşətli yanğın hadisəsinə görə azərbaycanlı iş adamına iş kəsilib. Hakim “Konsert klubu” QSC-nin direktoru, “Bakılı oğlanlar” KVN komandasının üzvü olmuş Eynur Behbudova 4 il həbs cəzası verib.

Xatırladaq ki, Ufada “Avropa” ticarət mərkəzində 2011-ci ildə baş verən yanğında iki nəfər ölmüş, onlarla şəxs yaralanmışdı. Baş verən bu güclü yanğın hadisəsinə minlərlə paytaxt sakini şahid olmuşdu. Cinayət işi üzrə istintaq 3 il davam edib. İstintaqın gedişində məlum olub ki, sahibkar özbaşına şəkildə qəza çıxışını bağlayıb, pəncərələri kərpiclə hörüb və qanunsuz şəkildə qaz balonları saxlayıb. /Qafqazinfo/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm