25 il sonra bəraət alıb azadlığa çıxdı - FOTO - VİDEO
Bizi izləyin

Dünya

25 il sonra bəraət alıb azadlığa çıxdı - FOTO - VİDEO

Nyu-Yorkda 1989-cu ildə öz dostunu qətlə yetirməkdə günahlandırılan şəxs 25 ildən sonra bəraət qazanaraq azadlığa buraxılıb.

Çərşənbə axşamı azadlığa buraxılmış və ömrünün yarısını həbsdə keçirmiş şəxs iddiaçıları onun qətl törədilən vaxt min kilometrlərlə uzaqlıqda olmasına inandıra bilib.

Conatan Flmeminq göz yaşları ilə vəkilini və ailə üzvlərini qucaqlayıb. Pul üstündə öldürülən dostunun qətlində günahkar bilinən Conatan həmən vaxtı məzuniyyətə görə min kilometrlərlə uzaqlıqda olub.

Fleminq məzuniyyətdən olan təyyarə biletini, video və məktubları hüquq mühafizə orqanlarına göstərsə də, polis qətl hadisəsi zamanı onun heç yerə getməyərək Nyu-Yorkda olması ehtimalını irəli sürüb, çünki şahid qismində dindirilən bir qadın Conatanın atəş açdığını dilə gətirib.

Keçən il isə onun işinə yenidən baxılıb və onun günahsız olması sübuta yetirilib.

Cəmalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm