Rusiya hərbi kəşfiyyatına işləyən diversiya qrupu aşkarlanıb
Bizi izləyin

Dünya

Rusiya hərbi kəşfiyyatına işləyən diversiya qrupu aşkarlanıb

Rusiya hərbi kəşfiyyatına işləyən diversiya qrupu aşkarlanıb

Ukrayna Dövlət Sərhəd Xidmətinin əməkdaşları Herson vilayətində diversant saxlayıb.

Publika.Az – ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, saxlanılan şəxs silahlı qrupla birlikdə strateji obyektlərin, o cümlədən Kaxavski Su Elektrik Stansiyasının tutulmasını planlaşdırmışdı.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, 1960-ci il təvəllüdlü vilayət sakini Rusiyanın köməyi ilə qrup yaradıb. Onun “Krımın özünümüdafiə” qüvvələrinin rəhbərlərindən birinin vasitəsilə silah almağa hazırlaşırdığı bildirilir.

Məlumatda həmçinin qeyd olunub ki, saxlanılan şəxs Rusiya Federasiyası hərbi kəşfiyyatın tapşırığını müntəzəm yerinə yetirərək Krım və Herson vilayəti ərazisində yerləşən Ukraynanın Silahlı Qüvvələrinin yerdəyişməsi haqqında informasiya toplayıb.

Diversiya qrupunun bütün iştirakçılarının tutulması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirildiyi bildirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm