Dünya
Putinin 15 İYULDAN bir gün öncə Ankaraya göndərdiyi rezident – SƏBƏB NƏDİR?
Kremlin ideoloqu hesab olunan, Putinin xüsusi
təmsilçisi, Avrasiyaçılıq hərəkatının lideri Aleksandr Duqin 15
iyul dövlət çevrilişinə cəhddən bir gün öncə Ankarada
olub.
Publika.az xəbər verir ki, Duqin Ankarada Türkiyə
ilə Rusiyanı ABŞ-ın qarşı-qarşı qoyduğunu bildirib. Qeyd edib ki,
bölgədə yaradılması planlaşdırılan “kürd dövləti” Rusiyanın
strategiyasına ziddir.
“İstər Rusiya, istərsə Türkiyənin ərazi bütövlüyünü eyni düşmən
təhdid edir. İlk növbədə bu, ABŞ-ın Yaxın Şərqdə hegemon olmaq
siyasətidir. Burada alət kimi istifadə olunan radikal İslam da var.
ABŞ “kürd dövləti” qurmaq istəyir. Hazırda Suriyadakı kürdlərlə
bağlı bu proses aparılır”, - deyə o bildirib.
Daha sonra Duqin Rusiya-Türkiyə münasibətlərinin düzəlməsində Vətən
Partiyasının, həmçinin, partiya sədri Doğu Perinçekin rolunu xüsusi
vurğulayıb.
Qeyd edək ki, Ankarada bir sıra məxfi görüşlər də keçirən Duqin
iyulun 15-də günün birinci yarısında ölkəsinə qayıdıb. Həmin gün
axşam isə dövlət çevrilişinə cəhd olub.
Duqinin bu səfəri çevrilişlə bağlı Rusiyanın Türkiyəni xəbərdar
etməsi haqda informasiyalar fonunda diqqət çəkir.
Asif
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?