İŞİD Putini təhdid etdi: “Tezliklə qan töküləcək” - VİDEO
Bizi izləyin

Dünya

İŞİD Putini təhdid etdi: “Tezliklə qan töküləcək” - VİDEO

İŞİD Rusiya prezidenti Vladimir Putini təhdid edən video yayıb.

Publika.az xəbər verir ki, İŞİD videoda Rusiyaya qarşı müharibəyə çağırış edib.

İŞİD-ə aid olduğu təxmin olunan “Teleqram” hesabı üzərindən yayımlanan 9 dəqiqəlik videoda döyüşçülərin məşqləri göstərilir və videosüjetdə təxminən bir dəqiqə döyüşçülər Rusiya və Putini təhdid edirlər. Onlar İŞİD tərkibində döyüşən rusların tezliklə evə qayıdacağını da bildirirlər.

Qeyd edək ki, Vladimir Putin ötən il İŞİD-ə qatılan rusların təxminən 5-7 min arasında olduğunu açıqlamışdı. Rusiya mediası isə İŞİD-in onların ölkələrinə qarşı təhdidlərinin birinci dəfə olmadığını yazıb. Bir neçə ay öncə İŞİD-in Rusiyaya qarşı təhdidində “tezliklə çoxlu qan töküləcək” deyə qeyd olunurdu.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm