XİN: “Sarkisyan öz təxribat dolu bəyanatları ilə…”
Bizi izləyin

Dünya

XİN: “Sarkisyan öz təxribat dolu bəyanatları ilə…”

XİN: “Sarkisyan öz təxribat dolu bəyanatları ilə…”

“Sarkisyan öz təxribat dolu bəyanatları ilə sülh prosesinə zərbə vurur və bir daha rəsmi Yerevanın qeyri-konstruktivliyini təsdiqləmiş olur”.

Publika.Az – ın verdiyi xəbərə görə, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev “twitter” səhifəsində yazıb.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan dünən Türkmənistana səfər edib. O, türkmən həmkarı Qurbanqulu Berdımuhəmmədovla görüşdən sonra təşkil olunan birgə mətbuat konfransında “Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmə hüququ danılmazdır” söyləyib.

S.Sarkisyan Qarabağ məsələsində bitərəf mövqeyinə görə Türkmənistana da minnətdarlıq edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm