Prezident İlham Əliyev iranlı nazirlə görüşüb
Bizi izləyin

Dünya

Prezident İlham Əliyev iranlı nazirlə görüşüb

Prezident İlham Əliyev iranlı nazirlə görüşüb

Bu gün İran İslam Respublikasına rəsmi səfərə gedən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu ölkənin rəsmiləri ilə görüşlərini davam etdirir.

Publika.Az – ın İRNA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Azərbaycan və İran prezidentlərinin geniş tərkibdə və təkbətək görüşlərindən sonra İlham Əliyev İranın rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi ilə görüşüb.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfərinin ikitərəfli münasibətlərin genişlənməsi baxımından əhəmiyyəti qeyd edildi.

Azərbaycan və İran prezidentlərinin apardığı müzakirələrin hökumətlərarası komissiyanın işinə töhfə verəcəyi vurğulandı. Səfər zamanı aparılan müzakirələrin əlaqələrimizin daha da genişlənməsində mühüm rol oynayacağı bildirildi.

Qeyd edək ki, Azərbaycan dövlət başçısının rəsmi səfəri İran prezidenti Həsən Ruhaninin dəvəti ilə həyata keçirilib. Səfər çərçivəsində müxtəlif sahələri əhatə edən dörd sənəd imzalanıb.

Azərbaycan prezidenti iranlı həmkarını Azərbaycana səfərə dəvət edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm