Dünya
ABŞ bu ölkədə yeni müharibəyə başladı - İŞİD ƏMƏLİYYATI
ABŞ Liviyada İŞİD-ə qarşı hava hücumlarına
başlayıb.
Publika.az xəbər verir ki, bu barədə prezidenti
Barak Obama deyib. Onun sözlərinə görə, məqsəd İŞİD-i məhv etmək və
Liviyada sabitliyi yenidən bərpa etməkdir.
Obama əməliyyatın Liviya hökumətinin müraciəti əsasında həyata
keçirdiklərini qeyd edib.
“İŞİD-i təmizlədikdən sonra Liviyada bütün tərəflərin bir araya
gələcəyinə ümid edirik. Sadəcə biz deyil, Avropa və digər ölkələr
də Liviyanın sabitliyə qovuşmasını arzulayır. Çünki buradakı
qeyri-sabitlik miqrant böhranına və insan faciəsinə çevrilir”, -
deyə Obama bildirib.
ABŞ prezidenti Obama Müəmmar Qəddafinin devrilməsindən sonra
İŞİD-in Liviyada güclənməsinə dair sualı cavablandırarkən, dolayısı
ilə Qəddafini özlərinin devirdiklərini və bundan peşman
olmadıqlarını açıqlayıb.
Lakin Obama Liviyada səhv etdiklərini də etiraf edib.
“Liviyada daha öncə bir qətliamın qarşısını almaqla doğru addım
atdıq. Lakin heç birimiz tam olaraq daha sonra Liviyada sağlam
mühitin yaradılması və ölkənin təhlükəsizliyinin təmin edilməsi
məsələsində yetərincə düşünmədik”, - deyə o bildirib.
Asif
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!