Ərdoğan: “Klintonla münasibətim var, Tramp isə...”
Bizi izləyin

Dünya

Ərdoğan: “Klintonla münasibətim var, Tramp isə...”

“ABŞ prezidentliyinə namizəd Hillari Klintonla çox yaxşı münasibətimiz var”.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

Ərdoğan bildirib ki, Klinton Dövlət katibi olduğu zaman onunla çoxlu görüşləri olub: “İstər Amerikada, istərsə Türkiyədə. Eyni zamanda, həyat yoldaşı Bill Klintonla da yüksək səviyyədə münasibətim var”.

Lakin Ərdoğan prezidentliyə digər namizəd Donald Trampla heç bir münasibətinin olmadığını açıqlayıb.

“Trampı sadəcə izləyirəm. Ümumiyyətlə ABŞ-dakı seçkidə Amerika xalqının seçiminə hörmətlə yanaşırıq”, - deyə o qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm