55 yaşlı Barak Obama – NADİR FOTOLAR
Bizi izləyin

Dünya

55 yaşlı Barak Obama – NADİR FOTOLAR

Bu gün Amerika Birləşmiş Ştatlarının 44-cü prezidenti Barak Obamanın 55 yaşı tamam olur.

Publika.az xəbər verir ki, qaradərili Barak Obama 1961-ci il avqustun 4-də ölkənin Havay ştatının Honolulu şəhərində doğulub.

Barak Obama prezident seçilənə qədər ABŞ Senatının İllinoys ştatından kiçik senatoru olub. O, 2009-cu ildə Nobel Sülh mükafatına layiq görülüb.

Barak Obamanın qaradərili atası Barak Hüseyn Obama Keniyada, ağdərili anası Stenli Enn Danhem isə Kanzasda doğulublar. Barak Obamanın valideynləri Havay Universitetində tanış olublar. Bəzi məlumatlara görə, Barak Obamanın atası müsəlman olub. Bunu onun müəllimləri və yaxınları da təsdiq edirlər.

Barak Obama 2004-cü ildə özü də daxil olmaqla üç namizədin qoşulduğu seçkiləri 53 faiz səslə udaraq Demokratlar Partiyasından ABŞ Senatına seçilib və 2005-ci il yanvarın 4-dən senator fəaliyyətinə başlayıb.

2008-ci il prezident seçkiləri zamanı Birləşmiş Ştatlar prezidentliyinə namizəd göstərilən ilk qara dərili amerikalı olub.

2008-ci ilin noyabrın 4-də respublikaçı rəqibi Con Makkeynə qalib gələrək ABŞ-ın 44-cü prezidenti seçilir.

2009-cu il Nobel Sülh Mükafatı Barak Obamaya verilib. O, bu mükafata “beynəlxalq diplomatiyanın və xalqlar arasında əməkdaşlığın gücləndirilməsinə sərf etdiyi böyük əməyə görə” layiq görülüb.

2012-ci ildə keçirilən seçkilərdə ikinci dəfə ABŞ prezidenti seçilib.

Barak Obama Mişel Obama ilə evlidir, iki qızları vardır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm