
Türkiyə Telekommunikasiya və Rabitə Müdirliyində (TİB - Telekommunikasiya və İletişim Başkanlığı) bütün departamentlərin rəhbərləri işdən çıxarılıb.
“Hürriyet” qəzeti xəbər verir ki, TİB Hüquq departamentinin, Texniki departamentin, İnformasiya Sistemləri departamentinin, İnzibati idarənin və İnternet departamentinin direktorları tutduqları vəzifədən uzaqlaşdırılıblar.
Türkiyədə keçirilən 17 dekabr rüşvət və korrupsiya
əməliyyatlarından sonra hökumətin apardığı ilk bürokratik islahat
TİB-ə yeni sədr təyin etmək olmuşdu. Bu vəzifəyə Milli İstixbarat
Təşkilatının (MİT) əməkdaşı Əhməd Cəmaləddin Çelik təyin
olunmuşdu.
Leqal telefon dinləmələrinin mərkəzi olan TİB Türkiyə üçün çox
əhəmiyyətli qurumdur. /Anspress/