• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Xilasedicilər yenidən itən təyyarənin siqnalını qeydə alıblar

  • Dünya
  • 9 Aprel 2014 22:37
  • 583 Baxış
Xilasedicilər yenidən itən təyyarənin siqnalını qeydə alıblar

Hind okeanın üzərində uçarkən radarlardan itən “Malaysia Airlines” aviaşirkətinə məxsus təyyarənin axtarışlarında iştirak edən Avstraliyanın “Ocean Shield” gəmisi laynerin “Qara qutusu”ndan ötürüldüyü ehtimal edilən iki siqnal qeydə alıb. “BBC” xəbər verir ki, bu barədə təyyarənin axtarışları üzrə koordinasiya mərkəzinin rəhbəri Anqus Hyuston məlumat verib.

“Ocean Shield” gəmisi daha iki siqnal qeydə ala bilib”, - deyə Hyuston bildirib. O, vurğulayıb ki, qeydə alınan siqnalların ilkin analizi onların “Boinq 777” təyyarəsinin “qutu”larına aid olduğunu göstərir.

Qeyd edək ki, daha əvvəl xilasedicilər “qara qutu”ların yaydığı tezlikdə bir neçə siqnal qeydə alıblar. Bu siqnalların itən təyyarəyə aidliyi rəsmi olaraq hələdə təsdiqlənməyib. Mütəxəssislər isə təyyarənin “qara qutu”sunun enerji mənbəyinin bir ay müddətinə hesablandığını dəfələrlə vurğulayıb.

Bu arada Çinin “Sinxua” agentliyi xəbər verir ki, patrul təyyarəsi Avstraliyaya məxsus “Ocean Shield” gəmisinın axtarışlar apardığı ərazidə suyun üzərində bir neçə obyekt aşkarlayıb. Çinin “Haixun 01” patrul gəmisinin göyərtəsində olan rəsmi nümayəndələrin verdiyi məlumata görə, obyektlərin olması barədə informasiya Avstraliyada yerləşən axtarışların koordinasiyası üzrə mərkəzindən daxil olub. “Haixun 01” gəmisi hazırda obyektlərin olduğu yerə istiqamətlənib, Çinə məxsus daha iki gəmi isə axtarışlar zonasındadır.

Bu arada təyyarənin axtarışları üzrə əməliyyat tarixdə ən bahalı əməliyyatlardan biri olub. Ekspertlərin fikrincə axtarışların ümumi dəyəri 40 milyon dolları keçə bilər.

Böyük Britaniya Krallığının Silahlı Qüvvələr İnstitutunun məlumatlarına görə, on iki ölkənin iştirak etdiyi axtarış əməliyyatlarının dəyəri ən azı 33 milyon dollara çatıb. İnstitutun rəsmisi Peter Roberts bu məbləğə yanacağın dəyəri, ehtiyat hissələrin dəyişdirilməsi, gəmilərin ərzaqla təchiz olunması və onların yerdəyişməsi də daxildir.

Yalnız “HMAS Success” gəmisinin ki həftə əvvəl axtarışlara qoşulması Avstraliyaya 7,7 milyon dollara başa gəlib. Baha başa gələn axtarışlara baxmayaraq hələ də təyyarəni tapmaq mümkün olmayıb. Qeyd edək ki, Hazırda axtarış əməliyyatları Avstraliyanın Pert şəhərindən idarə olunur və təxminən 217 min kvadrat kilometri əhatə edir. Əməliyyata bir neçə ölkədən 13 təyyarə və 11 hərbi gəmi qoşulub. Mart ayının 8-də yoxa çıxan “Malaysian Airlines” şirkətinə məxsus "Boinq 777-220 ER" təyyarəsinin göyərtəsində ekipaj üzvləri ilə birlikdə 239 nəfər olub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR